SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məşhur milyarder-şair müəllimini məhkəməyə verdi - 100 min tələb edir

Məşhur milyarder-şair müəllimini məhkəməyə verdi - 100 min tələb edir

Tarix:

27-09-2018, 13:55

/ 1 689 dəfə oxundu.
Məşhur milyarder-şair müəllimini məhkəməyə verdi - 100 min tələb edir

Məşhur milyarder-şair Gülağa Tənha "Cənub Xəbərləri” qəzetinin və cenubxeberleri.com saytının rəhbəri, tanınmış jurnalist Zahir Əmənovu məhkəməyə verib.

BakuPost xəbər verir ki, məhkəmə bu gün Xətai Rayon Məhkəməsində baş tutacaq. Prosesə Leyla Tağıyeva hakimlik edəcək. G. Tənha Z. Əmənova qarşı 100 min manatlıq təzminat davası açıb. Z. Əmənov məsələ ilə bağlı BakuPost-a açıqlamasında deyib ki, məhkəməyə verilməsinə səbəb rəhbəri olduğu saytda Gülağa Tənha ilə bağlı müsbət xarakterli yazı dərc etməsidir:

"Gülağa Tənha ilə biz, eyni ərazinin-Ərkivan qəsəbəsinin sakiniyik. 15 ildən artıqdır ki, az qala, qeyri-rəsmi olaraq Gülağa Tənhanın mətbuat xidməti kimi çalışmış, onun gördüyü xeyriyyə işlərinin təbliğatçısı olmuşam. Dəfələrlə, saatlarla söhbətlərimiz olub.

Son illər ölkə səviyyəli saytlarda Gülağa Tənha ilə bağlı heç də müsbət olmayan yazılar yer alıb. Təəssüf ki, Gülağa Tənha bu yazılara tutarlı arqumentlərlə cavab vermək əvəzinə 7 saytın rəhbərini məhkəməyə verdi və onlardan yarım milyon manat təzminat tələb etdi.

Lakin bu yazıların ardı kəsilmədi. 2016-cı ildə cumhuriyyət.az və anaxeber.az və digər saytlar növbəti dəfə Gülağa Tənha haqqında yazılar dərc etdi. Cənubda fəaliyyət göstərən bir region saytı kimi, Gülağa Tənhanın həmyerlisi kimi oxuculara maraqlı olacağını nəzərə alıb, həmin yazıların bir neçəsini Gülağa Tənhanın lehinə kiçik şərhlə cenubxeberleri.com və arkivan.az saytlarında paylaşdıq ki, Gülağa müəllimin həmyerliləri də bilsin ki, onların xeyriyyəçi övladını necə hədəfə götürürlər. Həmçinin oxuculara müraciət etdik ki, bu yazılara münasibət bildirsinlər. Bir sayt rəhbəri kimi isə Gülağa müəllim haqqında hər hansı mənfi fikir söyləmədim.

Lakin oxucu reaksiyasının zəif olduğunu görüb, 19 yanvar 2018-ci il tarixli "Gülağa Tənha haqqında vəd etdiyimiz yazı” adlı məqalə ilə Gülağa müəllimi hədəfə alanların arqumentlərini cavablayan, onların həqiqətə uyğun olmayan arqumentlər səsləndirdiyini konkret faktlarla alt-üst edən yazı yazdım və sayta yerləşdirdim. Həmin yazının linkini məlumat üçün onun köməkçilərindən biri olan Rasim müəllimin də Facebook səhifəsindəki inboksuna yolladım və yazının oxunması barədə məlumatı da gördüm.

Təəccüblüdür ki, bu gün onun bədxahlarına cavab verdiyimə görə təşəkkür almaq əvəzinə, məhkəməyə verildik. Necə deyərlər, deyəsən "əjdaha” öz "balalarını” "yeməyə” başlayır.

Olduqca maraqlıdır ki, yazını yazan cumhuriyyət.az, onu həmin sayta istinadən paylaşan anaxeber.com saytları, amma məhkəməyə verilən qafqazxeber.com və cenubxeberleri.com olub. Həm də 100 min manatlıq təzminat tələbi ilə. Halbuki cenubxeberleri.com həmin yazını yuxarıda adları çəkilən saytlara istinadən vermişdi”.

Şərhlər

XƏBƏR LENTİ