SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Qida Təhlükəsizliyi Agentliyi effektli iş görə bilmir" - Ekspert

"Qida Təhlükəsizliyi Agentliyi effektli iş görə bilmir" - Ekspert

Tarix:

27-09-2018, 10:15

/ 1 595 dəfə oxundu.
"Qida Təhlükəsizliyi Agentliyi effektli iş görə bilmir" - Ekspert

“Nazirlər Kabinetinin 94 saylı qərarına görə malların açıq satışı qadağandır. Gərək fasofka olunsun, üstündə istehsalçının adı, ünvanı yazılsın. Ancaq vaxtı keçmiş konfetləri, peçenyeləri açıq qutulara tökərək satırlar”

Bunu Moderator.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Qurum rəmisi buna məsul olan qurumların iş aparmadığını bildirib:

“Nazirlər Kabinetinin 94 saylı qərarına görə malların açıq satışı qadağandır. Gərək fasofka olunsun, üstündə istehsalçının adı, ünvanı yazılsın. Ancaq vaxtı keçmiş konfetləri, peçenyeləri açıq qutulara tökərək satırlar. Bəzən də bunların içindən qurd çıxır. Nazirlər Kabinetinin 94 saylı qərarı bir sözlə yerinə yetirilmir. İstehlakçıların müdafiəsi haqqında qanun icra olunmur. Bu qanunu yerinə yetirməyə cavabdeh olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqularının Müdafiəsi Dövlət Xidməti doqquz mərtəbəli binada oturub 144 ştatla 2009-cu ildən dövlətdən pul alır, lakin iş aparmır. Bu saat bizim qurumumuzda daha bir şikayətçi var. Onlar ancaq hamını məhkəməyə göndərirlər.

Konfet və digər yeyinti məhsulları ilə bağlı qanun pozuntusu ilə rastlaşdıqda, Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmək lazımdır ki, belə mallar satışdan çıxarılsın. Lakin bu qurum da hələ ki, effektli iş görə bilmir. Çünki onların ictimaiyyətlə əlaqələri çox zəifdir. Bizim quruma hər həftə iki-üç şikayət daxil olur. Bu məsələlərin həlli vacibdir. Ölkə başçısı kimə ki, dövlət vəsifəsi verir, onun ayağı yerdən üzülür və cəmiyyətdən ayrılır”.

Şərhlər

XƏBƏR LENTİ