yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Polislər körpənin həyatını xilas etdilər - FOTO

Polislər körpənin həyatını xilas etdilər - FOTO
21-09-2018, 20:09 526 dəfə baxılıb

Artıq deyimə çevrilmiş belə bir ifadə var. “Polis hər zaman vətəndaşın yanındadır, onu qoruyur”. Günün 24 saatını asayişin keşiyində dayanan, köksündə vətəninin, vətəndaşlarını sevən ürək gəzdirən, peşəsini layiqincə icra edən məsuliyyətli, qayğıkeş əməkdaşlarımız ancaq vətəndaşların təhlükəsizliyini mühafizə etməklə kifayətlənmir, onların rastlaşdıqları hər bir problemin aradan qaldırılması üçün əllərindən gələni əsirgəmirlər. Qax rayonu Tasmalı kənd sakini Pərvanə Həşimovanın DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda bunun bir daha şahidi oldum və həmin hadisəni sizinlə də bölüşmək qərarına gəldim.

“ Belə bir şüar var .“Mənim polisim məni qoruyur” . Bu şüarın reallığını Qax Rayon Polis Şöbəsinin əməkdaşları Eltac və Tərlanın insani keyfiyyətləri ilə tanış olduqdan sonra daha yaxşı anladım. Gecə saat 4 radələrində evimizin ilk nübarı olan nəvəm 41 dərəcə qızdırma içindəydi. Hamımız təşvişə düşmüşdük. Maşınımızla həkimə getməli olduq. Təsadüfən yolda avtomobilimizin yanacağı qutardı. Artıq vəziyyət daha da ciddiləşmişdi. Elə bu zaman, yəni gecə saatlarında polis maşını ilə qarşılaşdıq. Onların köməyi sayəsində xəstəxanaya getməyə müvəffəq olduq və körpənin həyatı xilas oldu. Bu mənim ailəm üçün polislərimiz tərəfindən ən gözəl hədiyyə idi. Xeyirxah əməlləri ilə körpəmizi həyata qaytaran Eltac və Tərlana ailəmiz adından böyük təşəkkürümü bildirirəm”.

Polis serjantları Eltac Məmmədov və Tərlan Yusifov 2 ildir ki, Qax RPŞ-də xidmət edirlər. Onlar deyir ki, xidmət zamanı oxşar hallarla çox rastlaşırlar. Belə zamanlarda biz də polis əməkdaşı olaraq həm vətəndaşın yanında olub ona köməklik göstəririk, həm də insanlıq borcumuzu yerinə yetiririk. Bu hadisə sadəcə onlardan biridir

Mahir Məsimov
DİN Mətbuat Xidmətinin əməkdaşı


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ