yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"Nizami Residence" çalışanların həyat və sağlamlığını təhlükəyə atır- VİDEO

21-09-2018, 09:38 288 dəfə baxılıb

Aşağıda sizə təqdim edəcəyimiz video sosial şəbəkələrdə yayılıb. AFN xəbər verir ki, görüntülər "Nizami Residence" şirkətinin Nizami rayonu, Elşən Süleymanov küçəsi, 49 ünvanında apardığı tikinti prosesini əks etdirir. 19 mərtəbəli bina tikən şirkətin tikinti qaydalarını pozması videodan açıq-aydın görünür.

Belə ki, bir neçə gün öncə Bakıda müşahidə olunan küləkli hava şəraitində bir neçə mərtəbəsi qaldırılmış binanın üzərində heç bir təhlükəsizlik kəməri olmadan işləyən işçilərin həyatlarına yaranan təhlükə, necə deyərlər, göz deşir. Görüntülərdən də bəlli olduğu kimi, tikintidə çalışanların nə baş geyimi var, nə ayaqlarında qoruyucu ayaqqabı, nə əllərində əlcək, nə gözlərində eynək. Bütün bunlar isə onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olmaqla yanaşı həm də şirkətin tikintidə təhlükəsizlik qaydalarını, əmək qanunvericiliyinin müvafiq müddəalarını kobud surətdə pozması deməkdir.
Məsələ ilə bağlı şirkətin bannerlərində göstərilən nömrə ilə əlaqə saxlasaq da, telefona cavab verən şəxs baş ofislə əlaqə saxlamağı məsləhət gördü. Baş ofisin nömrəsini istədikdə isə indi kənarda olduğunu, bir azdan zəng edib deyəcəyini bildirdi. Üzərindən xeyli müddət keçməsinə baxmayaraq, hələ ki, qarşı tərəfdən cavab almamışıq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2018


17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ