SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı meriyasında MÜHÜM DƏYİŞİKLİK - aparat rəhbəri işdən çıxarılıb

Bakı meriyasında MÜHÜM DƏYİŞİKLİK - aparat rəhbəri işdən çıxarılıb

Tarix:

20-09-2018, 15:31

/ 1 504 dəfə oxundu.
Bakı meriyasında MÜHÜM DƏYİŞİKLİK - aparat rəhbəri işdən çıxarılıb

Bakı şəhər İcra Hakimiyyətinin aparat rəhbəri Rasim Quliyev işdən çıxarılıb. Bununla bağlı icra başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov sərəncam imzalayıb. Bu barədə saytımıza meriyadakı mənbələrdən məlumat daxil olub.

R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Xalq hərəkatının fəal iştirakçısı, mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub. Məhz H.Əliyevin göstərişi ilə R.Quliyev gənc yaşlarında yüksək vəzifəyə təyinat alıb – 31 yaşlı Quliyev Bakı şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri təyin edilib. Buna qədər isə R.Quliyev “Səs” qəzetnin baş redaktor müavini və 30 saylı DSK-nın (Səbail) sədri olub. Bu vəzifələrdə etimadı lazımınca doğruldan R.Quliyev H.Əliyevin təşəbbüsü və göstərişi ilə gənc ikən yüksək vəzifəyə təyin edilib.
18 il şəhər təsərrüfatının rəhbərliyində qüsursuz işləyən R.Quliyev meriyanın aparat rəhbərinə qədər yüksəlib. \\musavat.com\\

Şərhlər

XƏBƏR LENTİ