SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Binəqədi rayon 99 saylı məktəbdə qalmaqal – Siniflərdə say natamamlığı var VİDEO

Binəqədi rayon 99 saylı məktəbdə qalmaqal – Siniflərdə say natamamlığı var VİDEO

Tarix:

19-09-2018, 18:37

/ 11 156 dəfə oxundu.
Binəqədi rayon 99 saylı məktəbdə qalmaqal – Siniflərdə say natamamlığı var VİDEO

Qeyd edək ki, bu sinifin 4 şagirdi digər sayı düz gəlməyən siniflərə keçirilərək mütləq şəkildə 2b sinifinin şagird sayı natamam 14-ə yenməsi təmin edilmiş olub. Məqsədli şəkildə məhz bu gün 2b sinifinin ləğv edilməsi təmin edilib.

Bu gün ümümtəhsil ocaqlarında ilk dərs həftəsinin olmasına baxmayaraq Binəqədi təhsil müəssisəsində qalmaqal yaranıb. Qalmaqalın yaranmasına direktorun anlaşılmaz qərarı olub. Belə ki, hər zaman əlifba sırası ilə tənzimlənən məktəb sinifləri göründüyü qədər direktorun Hicran Hacıyevanın sinifinin məhz dağıdılmasına qərar verməsi ani çaşğınlıq yaradıb. İlk belə qərar məhz 99 saylı Binəqədi rayon orta məktəbində bu qərarın verilməsi hər kəsi heyrətləndirsədə direktorun heç göründüyü qədər vecə almayıb. Bununlada 2B sinifini parçalamaq qərarına verib. Daha sonra Hicran müəlliməni dərslə təmin etsədə valideynlərin narazılığına məhəlbelə qoymadığı bildirilir.

Müəllimənin bildiriyinə görə, məcburi köçkünlərin yeni tikilmiş Qobu qəsəbəsinə köçücürlməsindən sonra bu problem yaşanmaqdadır. Beləki, Binəqədi rayon 99 saylı tam orta məktəbin müəlliməsi Hicran Hacıyeva qeyd edib ki, 25 ildir pedaqoq işləyir ilk dəfədir bu cür məsələ ilə qarşılaşır. Köçkün ailələrin uşaqları məktəbdən çıxdıqdan sonra mənim sinifimdə olduğu kimi digər siniflərdə də say çatışmamazlığı yaranıb. Sinifimdə 18 uşaq qalıb rəhbərlik isə mənə sinif sayı üçün 7 şagird tapıb gətirməyimi istəyib. Mən müəlliməyəm düşüb qapılardan kiməsə uşağınızı mənim sinifimə gətiri yoxsa direktor sinifimi ləğv edəcək deyə bilmərəm axı.

Məsələ ilə bağlı 99 saylı tam orta məktəbin direktoru Ofelya Məmmədovayla əlaqə saxladıq. Məsələyə münasibət bildirən direktor qeyd edib ki, sinifin 14 uşağı olduğu üçün həmin sinifi dağıtmaq məcburiyyətində qalıb. 2b sinifinin dağıdılmasından sonra yerdə qalan 6 sinifin əlifba sırası ilə yenidən qaydasına salınıb. Bununlada hər sinifdə 22-23 şagird sayı düzənlənib. Redaksiyamıza daxil olan video görüntülərdə isə direktorun öz danışığında isə sinifdə 18 uşağın olduğu qeyd edilməkdə olsada digər tərəfdən isə məcburi köçkünlərin köçürülməsindən sonra avqust ayında müəlliməyə sinifə uşaq cəlb etməsini direktor Ofelya xanım bildirir. Görüntülərlə Ofelya xanımın bizə bildirdiyi münasibətlər heçdə uyğun gəlməyib. Ilk növbədə onu qeyd edək ki, Azərbaycan təhsil ocaqlarında bir sinif açılması və sayının düzəlməsi nə vaxtdan müəllimənin kimlərisə məktəbə cəlb etməsi ilə tənzimlənməsi maraq doğurub. Məvacib ala bilməsi üçün ibtidai sinif müəlliməsinə verilən bu tapşırığın qeyri normal qayda olmasını bildirməliyik. Mər bir müəllim məktəbə daxil olaraq ona təhkim edilmiş sinifə rəhbərlik edərək onların qayğısına və təhsil almasına şərait yaratması əsas şərtlərdən olsada 99 saylı məktəbdə bu qaydalar tam əks mövqedə sərgilənməkdədir.

P.S. Redaksiyamıza verilən məlumata görə, bir neçə gün öncə məktəbə iki uşaq gətirilib amma direktor onları məktəbdə yer olmamasını bildirərək götürmədiyini qeyd edən valideynlərdə tapılıb. Həmin valideynlərə məktəbdə uşaq sayı çox olması bildirilərək övladlarını götürə bilməcəyi qeyd edilib. Amma məktəb direktoruna sinif otaqları neçə şagird üçün nəzərdə tutulub deyə sual etdikdə O, qeyd edib ki hər sinifdə 25 uşaq yerləşdirilməsi nəzərdə saxlanılıb. 14 uşaqın bölünməsindən sonra belə siniflərdə norma tam şəkildə düzəlmədiyinidə məhz direktor özü qeyd edib. Burdanda aydın şəkildə görünür ki, sonuncu ibtidai sinif yəni 19 sayda uşaq olan sinif bölünərdisə natamam ibtidayı sinif sayı qalmayacaqdı. Amma nədənsə 99 saylı orta məktəbdə yenədə natamam siniflərin qalması göz ardı edilərək 22-23 hətta 21 və 20 nəfərlik siniflərin qalması kimlərinsə maraqlarına xidmət edir. 2 b sinifinin yox digər sinifin ləğv edilməsi hər bir siniflərdə sayın tam təmin edilməsinə şərait yaradacaqdı. Görəsən 6 sinif olması nə vaxt 5 sinifə ediriləcəyi qərarı veriləcək. Niyə sinif sayının suni şəkildə artıq qalması təmin edilib?

Yazıda adları keçən şərxsərin digər mövqe bildirmək kimi hüqunuda tanıyır onları yenidən dinləyib mövqeylərini dərc etməyə hazırıq.

BakuNews.az

Şərhlər

XƏBƏR LENTİ