SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Quba rayonunda avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb - SƏRƏNCAM

Quba rayonunda avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb - SƏRƏNCAM

Tarix:

19-09-2018, 18:17

/ 1 538 dəfə oxundu.
Quba rayonunda avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Quba rayonunun İdrisqışlaq–Qasımqışlaq–Xaspolad–Zərqava–Aspərəsti–Çayqışlaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 6 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 10,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Şərhlər

XƏBƏR LENTİ