SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məhkəmədə bəraət aldı, ürəyi getdi

Məhkəmədə bəraət aldı, ürəyi getdi

Tarix:

19-09-2018, 16:17

/ 1 415 dəfə oxundu.
Məhkəmədə bəraət aldı, ürəyi getdi

Bakıda tanımadığı şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Elman İbrahimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Elman İbrahimova bəraət verilib, məhkəmə zalından azadlığa çıxıb.

Elman İbrahimovun hökmü eşidən zaman ürəyi gedib.

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Müvəqqəti Təcridetmə Mərkəzində saxlanılan 30 yaşlı Elman İbrahimov E.İbrahimov onunla birgə saxlanılan Çingiz Xəlilovla dava edərək onu döyüb və xəstəxanaya yerləşdirilən Ç.Xəlilov orada ölüb.

E.İbrahimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Lakin İ. İbrahimov özünü təqsirli bilməyib və heç kimin ölümünə səbəb olmadığı deyib.

Şərhlər

XƏBƏR LENTİ