SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Kontakt Home” məcburi köçkünün hüquqlarını pozub - nazirə şikayət

“Kontakt Home” məcburi köçkünün hüquqlarını pozub - nazirə şikayət

Tarix:

18-09-2018, 15:12

/ 1 449 dəfə oxundu.
“Kontakt Home” məcburi köçkünün hüquqlarını pozub - nazirə şikayət

“Kontakt Home” mağazalar şəbəkəsindən İqtisadiyyat naziri Şahin Mustafayevə şikayət olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov sosial şəbəkədə məlumat yayıb.

Şikayət ərizəsində bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonu Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küç. 24 V, Az.D.İ.U-nın 3 saylı yataqxanasında məskunlaşmış Ağdam rayonundan məcburi köçkün Mehdiyev Şöhlət Bəhram oğlu tərəfindən 21.02.2018-ci ildə “ABC-Telekom” MMC “Kontakt Home” 15-dən HOFFMANN WFL-6010W (ağ rəngli) paltaryuyan maşın kreditə götürülüb. Lakin aldıqları məhsul alan gündən qüsurlu çıxıb: “Paltaryuyan maşını evə quraşdırdıqdan sonra məlum oldu ki, maşında qüsurlar var. Biz bu haqda “Kontak Home” MMC-yə məlumat verdik və nasazlığı aradan qaldırmaq üçün 3 dəfə mütəxəssiz gəlib və dedikləri də bu olub ki, maşının balansında problem var. Evə gələn mütəxəssislərdən biri mənə bildirdi ki, mənim adımı hallandırmayın, aldığınız partiyada bütün maşınlar defektli çıxıb, çalışın müdiriyyətlə dil tapın, yaxşısını seçib versinlər. Mən dəfələrlə mağazaya getdim müdiriyyətlə söhbət edib, xahiş etdim ki, biz məcburi köçkünük, həyat yoldaşım ağır şəkər xəstədir, bizi incitməyin, verdiyiniz məhsul yararsızdır, dəyişdirib işlək halda olanını verin. Bu günə qədər bu məsələ öz həllini tapmayıb.

Bizə “Qızıl Zəmanət” kartı veriblər və paltaryuyan maşının dəyərindən, yəni 756 manatdan başqa 108 manat da əlavə pul alıblar. Dəfələrlə müraciətlərimə baxmayaraq bu günə qədər HOFFMANN WFL-6010W tipli paltaryuyan maşının pasportu bizə verilməyib. Zəmanət talonunda isə satış tarixi 2017-ci il göstərilib, yəni 1 il əvvəl.
Yuxarıda qeyd olunanları nəzərə alaraq xahiş edirəm ki, mənim bir istehlakçı kimi hüquqlarımın qorunmasına köməklik edəsiniz”.

Şərhlər

XƏBƏR LENTİ