SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Baş nazir qaydalara əlavə etdi

Baş nazir qaydalara əlavə etdi

Tarix:

18-09-2018, 08:58

/ 1 268 dəfə oxundu.
Baş nazir qaydalara əlavə etdi

Baş nazir Novruz Məmmədov “Elektron sağlamlıq kartı” sisteminin tətbiqi Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Dəyişiklik “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” prezidentin fərmanına əsasən edilib.

Qaydalara aşağıdakı məzmunda 5.1-3-cü bənd əlavə edilsib:

“5.1-3. Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün avtomobil sürücüsünün sonuncu tibbi müayinədən keçməsi tarixi və sağlamlıq vəziyyəti barədə məlumatlar “Elektron hökumət” portalı vasitəsilə “Lisenziyalar və icazələr” portalına ötürülür”.

Şərhlər

XƏBƏR LENTİ