SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Masazır- Novxanı yolunun tikintisinə 1,8 milyon manat ayrıldı

Masazır- Novxanı yolunun tikintisinə 1,8 milyon manat ayrıldı

Tarix:

17-09-2018, 18:12

/ 1 486 dəfə oxundu.
Masazır- Novxanı yolunun tikintisinə 1,8 milyon manat ayrıldı

Prezident İlham Əliyev Abşeron rayonunun Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)-Masazır-Novxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

xalqxeber.az xəbər verir ki, sərəncama əsasən yetmiş beş min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)- Masazır-Novxanı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,8 milyon (bir milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Şərhlər

XƏBƏR LENTİ