SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda Rusiya səfirliyinin avtomobili qaydaları belə pozdu – FOTO

Bakıda Rusiya səfirliyinin avtomobili qaydaları belə pozdu – FOTO

Tarix:

17-01-2017, 20:57

/ 1 928 dəfə oxundu.
Bakıda Rusiya səfirliyinin avtomobili qaydaları belə pozdu – FOTO

Bu gün səhər saat 11:33 radələrində Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində Rusiyanın ölkəmizdəki səfirliyinin əməkdaşı yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Avtomobilin görüntüləri redaksiyamıza daxil olub.

Məlumata görə, “004 T 015” dövlət nömrə nişanlı avtomobil Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə məxsusdur.

Avtomobil Neftçi Qurban küçəsində dayanma-durmanın qadağan olunduğu ərazidə park edilib. Düzdür, burada başqa avtomobillər də qayda pozaraq park edilib. Lakin onlar, heç olmasa, nəqliyyat vasitələrini səkiyə paralel saxlayaraq yolu kəsməyiblər. Səfirliyə məxsus olan bu iri avtomobil isə səkiyə perpendikulyar şəkildə saxlanılıb.

Fotolardan da göründüyü kimi, yolun əks tərəfində avtobus dayanacağı var. Səfirlik avtomobilinin bu şəkildə dayanması və dayanacaqda avtobusun olması nəticəsində yolda hərəkət məhdudlaşıb.

Görünür, səfirlik əməkdaşı olan sürücü avtomobilin üzərindəki qırmızı nömrənin toxunulmazlığından sui-istifadə edir. Bu, hələ səfirliyin texniki işçilərinin avtomobilidir.

Apardığı kiçik araşdırma nəticəsində məlum olub ki, fotoda gördüyünüz bu avtomobilin 21 MMX protokolu var.

avtosfer

Bakıda Rusiya səfirliyinin avtomobili qaydaları belə pozdu – FOTO
Bakıda Rusiya səfirliyinin avtomobili qaydaları belə pozdu – FOTO
Bakıda Rusiya səfirliyinin avtomobili qaydaları belə pozdu – FOTO
Bakıda Rusiya səfirliyinin avtomobili qaydaları belə pozdu – FOTO

Şərhlər

XƏBƏR LENTİ