SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Təfəkkür" Universitetilə bağlı ilginc iddia... - Belə deyirlər...

"Təfəkkür" Universitetilə bağlı ilginc iddia... - Belə deyirlər...

Tarix:

13-09-2018, 12:38

/ 1 331 dəfə oxundu.
"Təfəkkür" Universitetilə bağlı ilginc iddia... - Belə deyirlər...

2015-2016-cı tədris ilində Təhsil Nazirliyi Elm Və Tədris Mərkəzi Təfəkkür Universitetinin lisenziyası ləğv etdi. Bundan sonra isə 7 avqust 2017-ci il tarixində tələbələrin bir ali məktəbdən digərlərinə köçürülməsi prossesi başlayıb. Bundan sonra isə adıçəkilən universitet rəsmiləri açıqlama verərək iddia edirdilər ki, ali məktəb ləğv edilməyib və normal fəaliyyətini davam etdirir. Bundan sonra isə bu ali məktəbə 2016-2017, 2017-2018-ci tədris illəri üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tələbə qəbul planı ayrılmayıb. Daxil olan məlumata görə, artıq bu alı məktəbdə oxuyan tələbə qalmayıb. Lisenziyası olmayan Təfəkkürdə oxuyan yuxarı kurs tələbələri də artıq ya ali təhsillərini başa vurub və ya başqa universitetlərə köçürülüblər. Çünki tələbələrin köçürülməsi ilə bağlı Təhsil Nazirliyində komissiya yaradılandan sonra Təfəkkür rəsmiləri buna etiraz etmiş, hətta köçürmə ilə bağlı elektron müraciətlərə qarşı da çıxmıdılar.

Daxil olan informasiyaya əsasən artıq Təfəkkür Universitetində çalışan müəllim və texniki heyyət 3 aydır ki, öz hesablarına məzuniyyətə göndəriliblər. İşçilərin böyük bir qismi işdən azad edilib. Orada oxuyan çox az sayda tələbələr isə başqa universitetlərə köçürülmə etmək istəsələr də bu ali məktəbin əsas binasından arayış almaq üçün heç kəsi tapa bilmirlər.

Daxil olan informasiyada deyilir ki, Təfəkkür rəhbərliyi həm də qanunları pozaraq işçilərlə bağladığı "Əmək müqavilə"lərinin tələblərinə riyayət etməyiblər. İşçilərə ödənilməli olan 12 aylıq müqavilə üzrə muzdlu iş qrafikinə uyğun olaraq əmək haqlarının yarısı ödənilməyib. Saytımıza bilgi verən valideynlər deyir ki, ali məktəb rəhbərliyi ötən il onları arxayın edib ki, əvvəlki qaydada təhsil haqlarını ödəməyə davam edin və 4-cü kursa qədər oxuyandan sonra onlara diplomlar veriləcək. Lakin bu il 3 və 4-cü kursda oxuyan tələbələr hələdə də bu ali məktəbin binasının qapılarından qıfıl asıldığını görüblər.

Narahat olan valideynlər bu ərəfədə köçürmə prossesində iştirak edə bilməyəcəklərindən ehtiyat edir və yeni dərs (semestr) yarımilliyinin başlanmasından sonra övladlarının ali təhsildə bir il geri qalacağaını düşünürlər. Oğlan tələbələrin valideynləri isə oktyabr ayından hərbi xidmətə ali təhsili başa vurmadan çağrılacağından narahatdırlar. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Gundeminfo.az

Şərhlər

XƏBƏR LENTİ