SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Daha bir cərimə xəbərdarlığı

Daha bir cərimə xəbərdarlığı

Tarix:

12-09-2018, 09:58

/ 1 693 dəfə oxundu.
Daha bir cərimə xəbərdarlığı

“Bilik günü” nə sayılı günlər qalıb. Bu səbəbdən yollarda xüsusən də məktəb ətrafı ərazilərdə sıxlığı nəzərə alan yol polisigücləndirilmiş rejimdə çalışacaq.

Yol polisi sürücürələ xəbərdarlıq edib ki, avtomobillərini harada, necə gəldi saxlamasınlar. Əks halda həmin avtomobillərin sürücülərinə cərimə yazılacaq. Hərəkətə mane olan nəqliyyat vasitələri isə evakuatorla cərimə meydançasına aparılacaq.

Bu haqda “Xəzər Xəbər”ə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib ki, həmin gün yol polisi ilə yanaşı, evakuasiya xidməti də gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Bakıda intensiv hərəkət olan, yol kənarında yerləşən məktəbyanı ərazilərdə dayanma-durma, parklanma qaydalarını pozan sürücülərə cərimə yazılacaq. Vaqif Əsədov xüsusən məktəb ərazisindəki yollarda sürücülərə sürət həddinə əməl etməyi tövsiyyə edib. Hər an yola uşaq çıxa bilər deyə təhlükəsizlik maksimum dərəcədə qorunmalıdır.

Bundan başqa yol polisi övladını 1-ci sinifə gətirən valideynlərə də maksimum dərəcədə az avtomobillə gəlmələrini xahiş edir.

Bu arada yeni dərs ili ərəfəsində hər il rayon qeydiyyatı avtomobillərin paytaxta girişinə qoyulan məhdudiyyət bu il tətbiq edilməyəcək. Rayon qeydiyyatı alvtomobillərin şəhərə girməsinə hələ ki, heç bir qadağa yoxdur.

Şərhlər

XƏBƏR LENTİ