SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » LNS şirkəti “Bilik Günü” xeyriyyə aksiyası təşkil etdi

LNS şirkəti “Bilik Günü” xeyriyyə aksiyası təşkil etdi

Tarix:

11-09-2018, 09:40

/ 3 681 dəfə oxundu.
LNS şirkəti “Bilik Günü” xeyriyyə aksiyası təşkil etdi

LNS şirkəti “Bilik Günü” ilə bağlı Qadın və Uşaq sığınacağında xeyriyyə aksiyası təşkil edib. Şirkət sığınacaqda məskunlaşmış uşaqlara və böyüklərə sovqat paylayıb. Qlobl şirkət olan LNS-in bununla da ənənəsinə sadiq qalaraq sığıncağında məskunlaşanlara sevinc dolu anlar yaşadıb.

“Bilik Günü” ilə bağlı şirkət uşaqlara məktəb ləvazamatları, sok çəkən maşın, müxtəlif növ hədiyyələr o cümlədən, hər bir uşağın arzusu olan futbol, valeybol və basketbol topları, oyun meydançası, hətta onların ehtiyyacı olan bir çox maraqlı hədiyyələr təqdim edərək uşaqları sevindirib.

Dünyada və Azərbaycanda tanınan məhşur şirkət uşaqların təmiz su içməsi üçün sığınacağa su filtirləri də hədiyyə edib. Valideyn himayəsindən məhrum olan uşaqlar şən klounlar, cizgi film personajları və nağıl qəhramanları ilə maraqlı vaxt keçiriblər. Daha sonra uşaqlar üçün yarışlar təşkil olunub. Maraqlı anlarla yadda qalan oyunun qalibləri xüsusi hədiyyələrlə təltif olunub.
Qeyd edək ki, şirkətin məqsədi xüsusi bayramlarda valideyn himayəsindən məhrum olan uşaqların yanında olmaq, onları sevindirmək və müəyyən ehtiyyaclarını təmin etməkdir. LNS şirkəti yardıma ehtiyyacı olan sevimli uşaqları tək buraxmamaq məqsədi ilə bu cür tədbirləri mütamadi olaraq davam etdirəcək.
Xüsusilə qeyd edək ki, LNS şirkəti İtalyada yaranıb. Elektron ticarətlər arasında yeganə şirkətdir ki, dünyaya Azərbaycandan yayılır. Həm ölkə turizmini dünyada tanıtdırır həm də Azərbaycanın beynəlxalq arenda tanınmasında müstəsna rolları vardır.
LNS şirkəti hər bayram tədbirində kimsəsiz və valideyn himaysindən məhrum olan uşaqları daim diqqətdə saxlayır və onlara xüsusi qayğı göstərir. Şirkət olaraq sevimli uşaqlara diqqət və qayğı göstərməyi onlar başlıca vəzifəsi hesab edirlər. LNS şirkəti bundan sonrakı dövrlərdə də kimsəsiz uşaqları diqqətdə saxlayacaq və onlara yardımlarını davam etdirəcək.

LNS şirkəti “Bilik Günü” xeyriyyə aksiyası təşkil etdi
LNS şirkəti “Bilik Günü” xeyriyyə aksiyası təşkil etdi
LNS şirkəti “Bilik Günü” xeyriyyə aksiyası təşkil etdi

Şərhlər

XƏBƏR LENTİ