SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Asif Əsgərovun qanunsuz tikililərə verdiyi sərəncamlar YOXLANILIR

Asif Əsgərovun qanunsuz tikililərə verdiyi sərəncamlar YOXLANILIR

Tarix:

10-09-2018, 14:44

/ 1 775 dəfə oxundu.
Asif Əsgərovun qanunsuz tikililərə verdiyi sərəncamlar YOXLANILIR

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Nəsimi rayonunda yoxlamalara başlayıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, yoxlamalar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinın tərkibində yaradılan xüsusi komissiyanın üzvləri tərəfindən aparılır. Yoxlamalar köhnə yaşayış binalarının və digər obyektlərin sökülərək yerində yeni yaşayış kompleksinin tikilməsi üzrə Nazirlər Kabinetinin müvafiq qərarının icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin həyata keçirdiyi pilot layihələr çərçivəsində reallaşır.
Məlum olub ki, icra hakimiyəti tərəfindən mövcud şəhərsalma normalarına cavab verməyən obyektlərin tikintisinə də icazə verilib. Bir sözlə, icra hakimiyyətinin razılığı ilə rayonda qanunsuz tikililər salınıb.
Qeyd edək ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərovdur. Mütəmadi olaraq ölkə mətbuatında A.Əsgərovun qanunsuz tikililərə sərəncam verməsi ilə bağlı yazılar dərc edilir.

Şərhlər

XƏBƏR LENTİ