SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sağlamlığımızla necə oynayırlar... - FOTOFAKT

Sağlamlığımızla necə oynayırlar... - FOTOFAKT

Tarix:

10-09-2018, 13:43

/ 1 114 dəfə oxundu.
Sağlamlığımızla necə oynayırlar... - FOTOFAKT

“M&P” firmasının istehsalı olan kəsmiyin içindən həşərat çıxıb. AzEuroNews.com-un verdiyi məlumata görə, bu faktla istehlakçılardan biri qarşılaşıb.

Onun sosial şəbəkədə paylaşımı müzakirələrə yol açıb. İstehlakçının sözlərinə görə, “Adora” marketdən aldığı kəsmiyin içindən çıxan həşəratın marketin yoxsa istehsalçının günahı olduğunu bilmir.

Feysbuk istifadəçiləri arasında bəziləri sözü gedən “M&P” firmasını ittiham ediblər.

Ancaq marketin süd məhsulları şöbəsində antisanitariya hökm sürüdüyünü şərh yazanlar da olub. Fakt isə ondan ibarətdir ki. istehlakçı belə iyrənc mənzərə ilə qarşılaşıb.

Görəsən “M&P” firmasının istehsal müəssisəsində hansı şərait “yaradılıb” ki, həşəratlar, milçəklər kəsmiyin içinə düşürlər, sonra paketlənib mağazalara paylanır?

Bu şirkətin fəaliyyəti, sahibi haqda da məhdud informasiyalar var. Onların da əksəriyyəti neqativ faktlardır. Məsələn, 2011-ci ildə istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə süd məhsullarının istehsalı ilə məşğul olan “M&P” firması barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.

Dövlət Xidmətində işə baxılmış və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə, “M&P” firmasına 1,3 min manat maliyyə sanksiyası tətbiq edilmişdi.

Digər məlumat şirkətə Məmmədov soyadlı birinin rəhbərlik etməsi və Binəqədidə yerləşməsidir. 2010-cu ildə yayılmış xəbərdə isə deyilir ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, ev 54 ünvanında yerləşən M&P firmasından götürülmüş nümunələrin laborator müayinəsi zamanı müəssisədə istehsal edilmiş yağlılığı 20% olan xamanın, yağlılığı 3,2% olan qatığın və camış qatığının tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus qrupundan olan bakteriyalar (stafilakokk) aşkar olunub.

İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, etiketində yağlılığının 20% olduğu göstərilmiş xamanın tərkibində yağın kütlə payının normadan az olduğu da müəyyənləşdirilib.

Aşkar edilmiş pozuntularla əlaqədar, insan orqanizmi üçün təhlükəli olan 273 kq süd məhsullarının məhv edilməsi barədə M&P firmasına Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən icrası məcburi göstəriş verilib və həmin mallar qanunamüvafiq qaydada məhv edilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara “M&P” firmasına məxsus istehsalat sahələrində istehsal edilmiş süd məhsullarını almamağı tövsiyə edir.
Sağlamlığımızla necə oynayırlar... - FOTOFAKT
Sağlamlığımızla necə oynayırlar... - FOTOFAKT

Şərhlər

XƏBƏR LENTİ