SON DƏQİQƏ
XalqXeber.Az » Sosial »  Cavid Qurbanov işçilərin haqqını yeyib?

 Cavid Qurbanov işçilərin haqqını yeyib?

Tarix:

8-09-2018, 09:47

/ 1 807 dəfə oxundu.
 Cavid Qurbanov işçilərin haqqını yeyib?

Sərnişin vaqon bələdçilərinin əmək haqlarının işlədikləri saatlara uyğun hesablanmaması barədə bələdçilərdən redaksiyamıza şikayət məktubu daxil olub.
Şikayət məktubunda bələdçilər maaşın iş saatına uyğun hesablandığını bildiriblər. "Qatarların gecikməsi zamanı yolda itirilən əlavə saatların maaşları ödənilmir. Bakı-Tiflis-Bakı dəmir yolunda ümumi olaraq 22 saat hesablanırsa və qatar 24 saat yolda olursa o zaman bizlərə 22 saatın maaşı ödənilir. Əlavə itirilən 2 saatın məvacibinin isə izi-tozu da yoxdur"-deyə bələdçilər bildirib.

"Kommersant.az" məsələyə aydınlıq gətirmək üçün "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova ilə əlaqə saxlayıb. Qurumun sözçüsü bildirib ki, informasiya həqiqəti əks etdirmir, mühasibatlıq bələdçilərin məvaciblərini onların işlədikləri saata uyğun şəkildə hesablayaraq verir:

"Vaqon bələdçisinə ay ərzində reysdə olduğu günlərə görə iş saatına, eyni zamanda gecə işinə görə iş saatına və yolda olduğu hər tam iş günlərinə səyyar xarakterli işə görə ödəniş verilir. Maaşın verilməsində 3-4 gün gecikmə ola bilər, amma ümumilikdə hər bir dəmiryolçunun maaşı vaxtında ödənilir. Enerji böhranı zamanı da demək olar ki, hər gün qatarlarımız cüzi gecikmə ilə də olsa, qrafik üzrə hərəkət edib. Heç bir reys təxirə salınmayıb".

Şərhlər

XƏBƏR LENTİ