SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hacıqabulda yol tikintisinə 3,8 milyon manat ayrılıb - SƏRƏNCAM

Hacıqabulda yol tikintisinə 3,8 milyon manat ayrılıb - SƏRƏNCAM

Tarix:

7-09-2018, 18:38

/ 1 620 dəfə oxundu.
Hacıqabulda yol tikintisinə 3,8 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Hacıqabul rayonunun Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi (103 km)–Navahı–Pirsaat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Məlumata görə, on bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi (103 km)–Navahı–Pirsaat avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Şərhlər

XƏBƏR LENTİ