SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Gömrük komitəsi mediadan qaçaq düşüb... - Yəqin Səfər Mehdiyev belə buyurub...

Gömrük komitəsi mediadan qaçaq düşüb... - Yəqin Səfər Mehdiyev belə buyurub...

Tarix:

7-09-2018, 09:37

/ 1 620 dəfə oxundu.
Gömrük komitəsi mediadan qaçaq düşüb... - Yəqin Səfər Mehdiyev belə buyurub...

“Hürriyyət”in ötən saylarının birində Bakı aeroportunda gömrük əməkdaşlarının vətəndaşlara qarşı qanunsuz əməlləri ilə bağlı “Naxçıvandan Bakıya gətirilən mallara 36 faiz rüsum tələb olunur” sərlövhəli məqalə dərc etdik. Hansı ki, istər bu məqalə dərc olunan gün, istər də ondan sonrakı günlərdə məsələ ilə Dövlət Gömrük Komitəsinin mətbut xidmətinin rəhbəri Natiq Axundovun münasibətini də öyrənməyə çalışdıq. Amma 3 gün ərzində bəlkə də 20-30 dəfə zəng edəndən sonra, arada cəmi bir dəfə Natiq müəllimin mübarək səsini eşitmək şərəfinə nail olduq. Lakin o, eşidəndə ki, zəng edən “Hürriyyət” qəzetinin əməkdaşıdır, 2 dəqiqdən sonra zəng etməyimizi istədi. Amma Natiq müəllimin 2 dəqiqəsi iki gün çəksə də, nə ondan səs çıxdı, nə də yazılı sorğumuza cavab verdi...

Göründüyü kimi, dövlət idarələrinin mətbuat xidmətlərinin hamısı olmasa da, əksəriyyətinin əməkdaşları jurnalistlərin cavab almaq baxımından ən yaralı yeridir. Halbuki, həmin şəxslər mətbuatla əlaqə saxlamaq üçün bu vəzifəyə təyin olunublar və bunun üçün əmək haqqı alırlar. Belə olan halda, bu qurumların mətbuat xidmətləri nəyə gərəkdir, anlamaq olmur. Görünür, mətbuata cavab verməyən mətbuat xidmətlərinin əməkdaşlarına vakansiya elə boşuna əməkhaqqı ayırmaq üçün nəzərdə tutulub. Bu səbəbdən də, N.Axundovun [email protected] email ünvanına “Hürriyyət” qəzetinə daxil olan şikayət əsasında ünvanladığımız məktuba cavab yoxdur...

Məktubu olduğu kimi diqqətinizə çatıdırırıq:

“Naxçıvan Muxtar Respublikasından “karqo” ilə gətirilən məişət mallarına Bakı aeroportunda 36 faiz rüsum tələb olunur. Hətta vətəndaşlar həmin rüsumu ödəmək istəmədikdə onlarla kobud davranılır.

Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə fərdi istifadə üçün gətirilən məişət mallarına 36 faiz rüsum tətbiq edilməsi nə dərəcədə doğrudur?

Məişət malları gətirən şəxlər bizneslə məşğul olurlasa belə, Türkiyədən idxal olunan mallara görə Sədərək sərhəd-keçid məntəqəsində vergi ödənilirsə, təkrar Bakı aeroportunda 36 faiz vergi ödənilməsinin hüquqi əsası varmı?”

Maraqlıdır, dövlət qurumu olan Dövlət Gömrük Komitəsi məsələyə niyə rəsmi münasibət bildirmir? Əslində, Dövlət Gömrük Komitəsinin rəsmi münasibət bildirməməsi onu deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə fərdi istifadə, hətta biznes məqsədilə gətirilən məhsullara Bakı aeroportunda 36 faiz vergi ödənilməsinin heç bir hüquqi əsası yoxdur. Çünki Naxçıvan MR başqa dövlət deyil. Türkiyədən idxal olunan mallara görə Sədərək sərhəd-keçid məntəqəsində vergi ödənilirsə, təkrar Bakı aeroportunda 36 faiz rüsum tətbiq edilməsi absuddur. Ona görə ki, bir məhsula görə iki dəfə vergi ödənilməsi mümkün deyil. Görünən odur ki, Dövlət Gömrük Komitəsinin əlində heç bir hüquqi əsas olmadığı üçün susur. Bu da vətəndaşların haqlı olduğunu sübut edir.

Şərhlər

XƏBƏR LENTİ