SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İcra başçısı növbəti səyyar görüş keçirib

İcra başçısı növbəti səyyar görüş keçirib

Tarix:

5-09-2018, 16:37

/ 1 478 dəfə oxundu.
İcra başçısı növbəti səyyar görüş keçirib

Bu gün Nərimanov Rayon İcra başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirib.

İH-dən xalqxeber.az-a daxil olan məlumata görə, rayon bələdiyyəsinin sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərlərinin də iştirakı ilə baş tutan görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib.
Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Çıxış edən icra başçısı keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib.

Sonda qəbulda iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib və qəsəbələrdə mütəmadi olaraq keçirilən səyyar qəbul və görüşlərin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
İcra başçısı növbəti səyyar görüş keçirib
İcra başçısı növbəti səyyar görüş keçirib

Şərhlər

XƏBƏR LENTİ