SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Tikini Teminat LTD" işçinin haqqını yeyir...

"Tikini Teminat LTD" işçinin haqqını yeyir...

Tarix:

5-09-2018, 10:01

/ 1 258 dəfə oxundu.
"Tikini Teminat LTD" işçinin haqqını yeyir...

Müraciət edən Şamaxı sakinləri tikinti şirkəti tərəfindən aldadılaraq, hüquqlarının pozulduğunu bildirirlər.

Qeyd edək rayon sakini Raqib Ağayev bununla bağlı Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Mudafiəsi nazirliyi , Dövlət Əmək müfəttişliyi xidmətinin rəisi Elman Cəfərova, o cümlədən Vergilər Nazirliyinə da müraciət edib.

O, bildirir ki, bir necə nəfərlə birgə Şamaxi şəhəri ərasində fealiyyet gösteren "Tikini Teminat LTD" MMC-yə müraciət ediblər: “Şirkətin Şamaxida nümayendesi ve özünü idare rehberi kimi teqdim eden Sahib Həsənovdan iş təklifi aldıq . Sahib Həsənov bildirdi ki, bir neçə günə MMC ilə bizim aramızda əmək müqaviləsi baĝlanacaq. Beləliklə, iyulun 17-dən etibarən usta qismində fasad divarların mozaik daşlarla üzlenmesi işinə başladıq. Aradan 12 gün keçənden və 120 kv m üzləmə işi apardıqdan sonra Sahib Həsənovdan müqaviləmizin nə vaxt baĝlanacağını soruşduqda o, başqa işçilərin də gözünü qorxutmaq üçün məni və müqavilənin bağanmasını tələb edən digər işçi Dadaş Dadaşovu işdən qovdu.

Görülən iş üçün isə kvadtratı danışılandan 2 dəfə az, 3 AZN dən hesabladı”.

Şikayətçi müvafiq qurumlardan xahiş edir ki, həm işdən qovulan, həm də hazırda həmin şirkətdə çalışan muqaviləsiz islədilən işcilərin pozulmuş huquqlarının bərpası, eləcə də vergidən yayınma halının qarşısını almaq ücün muvafiq tədbirlərin görülməsi ucun addımlar atılsın.

Adıçəkilən şəxs, "Tikinti Teminat LTD" MMC-nin nümayəndəsi Sahib Həsənov isə Cebhe.info-ya şikayətçini, o cümlədən burada adı çəkilən Dadaş Dadaşovu tanımadığını desə də əlavə etdi: “Onları hamı tanıyır. Onlar haqsız adamlardır. Onları tanımaq da istəmirəm”.

Səslənən iddianın doğru olub-olmadığına isə Sahib Həsənov sadəcə “yox”- deyə cavab verdi.

Cebhe.info
"Tikini Teminat LTD" işçinin haqqını yeyir...
"Tikini Teminat LTD" işçinin haqqını yeyir...

Şərhlər

XƏBƏR LENTİ