SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İcra Hakimiyyətindən yeni qadağa - Bakıda peyk antenaları söküləcək

İcra Hakimiyyətindən yeni qadağa - Bakıda peyk antenaları söküləcək

Tarix:

4-09-2018, 17:58

/ 1 378 dəfə oxundu.
İcra Hakimiyyətindən yeni qadağa - Bakıda peyk antenaları söküləcək

Bakıda paltar asmaq üçün istifadə olunan iplərin eyvanlardan sökülməsindən sonra bu dəfə də antenaların sökülməsinə başlanılacaq.

Sputnik Azərbaycana istinadla verdiyimiz məlumata görə, Bakı şəhəri İcra Hakimiyyəti binaların fasadlarına peyk antennalarının quraşdırılmasını qadağan edib.

Bakı şəhər İcra Hakimiyyətinin rəsmisi Xalid Ələkbərov bildirib ki, şəhərin təmiz və səliqəli olması ilə bağlı tapşırıq verilib.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, icra hakimiyyətinin bu tələbləri hələlik yalnız tövsiyə xarakteri daşıyır. Peyk antenadan istifadədən imtina etmək üçün yalnız məhkəmə qərarı olmalıdır.

Şərhlər

XƏBƏR LENTİ