SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Deyəsən, "Atəşgah" Sığortadan hər kəs narazıdır... - FOTO

Deyəsən, "Atəşgah" Sığortadan hər kəs narazıdır... - FOTO

Tarix:

4-09-2018, 10:26

/ 1 425 dəfə oxundu.
Deyəsən, "Atəşgah" Sığortadan hər kəs narazıdır... - FOTO

Cebhe.info bir neçə gün əvvəl "Atəşgah" Sığorta Şirkəti ilə bağlı ciddi narazılıqların olduğunu yazmışdı. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev ona edilən müraciət əsasında "Atəşgah" Sığorta Şirkətinin yol verdiyi qanunsuzluqları ictimailəşdirdikdən sonra mövzu ilə bağlı müzakirələr davam edir.

Xatırladaq ki, problem Rusiya vətəndaşına məxsus yenicə alınmış "Toyota" markalı avtomobilin Bakıda "Atəşgah" Sığorta Şirkətində sığortada olan avtomobil tərəfindən arxadan vurulması hadisəsindən sonra yaşanıb. Günahkar sürücü öz günahını etiraf edir və lazımi sənədlər polisə, eləcə də "Atəşgah" Sığorta Şirkətinə təqdim edilir. Vətəndaş bir gün sonra öz vurulmuş maşını ilə Rusiyaya qayıdacağını desə də, şirkət üç gün sonra gəlməsini deyir. Çox müzakirədən sonra şirkət könülsüz maşının şəklini çəkməyə razı olur. Ancaq iş bununla yekunlaşmır. Şirkət israrla deyir ki, maşın Azərbaycanda və onların dediyi servisdə təmir edilməlidir. Vətəndaş avtomobili yenicə aldığını və “Toyota” servis mərkəzində qeydiyyatda olduğunu deyir. Buna görə də maşının ancaq həmin servis mərkəzində təmir edilməlidir. Zərəçəkmiş şirkətə pulun hesablanıb ona ödənilməsini və avtomobilini öz yaşadığı ölkədəki “Toyota” servis mərkəzində təmirə verəcəyini deyir.

Sığorta şirkətinin əməkdaşının son sözü avtomobili onların təklif etdiyi qarajda təmir etdirmək olur. Naəlac qalmış zərərçəkmiş razılaşır, amma həmin qarajın lisenziyasının olub-olmaması ilə maraqlanır. Çünki “Toyota” mərkəzi ancaq lisenziyası olduğu təqdirdə vurulmuş avtomobili qəbul edir. Əks halda, “Toyota” servis onu növbəti xidmət müddətindən məhrum edir. Əməkdaş israrla “lisenziyası yəqin ki, var” deyir. Vətəndaş həmin xidmətə zəng edib servis haqqında rəsmi sənəd verə biləcəklərini soruşur. Onlar, “yox” cavabı verir.

Məsələ ilə bağlı prezidentliyə keçmiş namizəd Razi Nurullayevə müraciət edilir və o, sığorta şirkətilə əlaqə yaradıb, problemin həll edilməsini xahiş etmək istəyir. Lakin şirkət rəhbərliyinin kobudluğu, qanunlara etinasızlığı ilə qarşılaşır. Partiya sədri məsələni ictimaliləşdirir və bildirir ki, "Atəşgah” Sığorta Şirkəti sadəcə vətəndaşları incitməklə məşğuldur.

AXCP sədrinin sosial şəbəkədəki səhifəsində mövzu ilə bağlı yazdıqlarına ayrı-ayrı Facebook istifadəçiləri rəy yazaraq, sığorta bazarındakı vəziyyətlə bağlı ümumi rəy formalaşmasına yardım ediblər.

AXCP sədri "Atəşgah" Sığorta Şirkətinin narazılıqlardan hələ də nəticə çıxarmadığını qeyd edib:

"Facebook səhifəmdə Azərbaycan və rus dillərində yazdığım statusların altında yazılan şərhləri görən "Atəşgah" rəhbərliyi ən azından gərək utandığından, xəcalətindən gözə görünməsinlər. Amma insanda qorxu olmayanda, arxasında havadarları olanda utanc hissini də itirir və vətəndaşları talamaqda, incitməkdə, gününü göy əsgiyə bükməkdə davam edir. Amma belə getməyəcək. Sizin, İnşallah, bir olan Allahın köməkliyi ilə axırınıza çıxacağıq".

R.Nurullayev yaxın zamanda Maliyyə Bazarlarına Nəzarət Palatasına da məsələ ilə bağlı müraciət edəcəyini qeyd edib:

"Onu deyim ki, onlar gərək çoxdan, heç getməsəm belə, bu məsələyə reaksiya verməli və adıçəkilən şirkətlə bağlı açıqlama yaymalıydılar. Azərbaycanda çoxları layiq olduqları yerdə deyil. Mənim səhifəmdə yazdığım statusların altında yazılan şərhlər, sürücülərin, vətəndaşların ah-naləsi bəs etməliydi ki, bu şirkətdə kütləvi yoxlamalar başlasın və kütləvi həbslər həyata keçirilsin. Biz "Atəşgah" Siğorta Şirkətində yoxlamalar aparılmasını və lazım gələrsə, həbslərin həyata keçirilməsini tələb edirik".

AXCP sədrinin paylaşımına sosial şəbəkə istifadəçiləri də biganə qalmayıb. Xeyli sayda sosial şəbəkə istifadəçisi R.Nurullayevin paylaşımına dəstəyini ifadə edib və adıçəkilən şirkətdən narazılıqlarını bildiriblər. İstifadəçilər qeyd edib ki, sözügedən şirkətə ödəniş edib avtomobillərini siğortalatsalar da, bir çox hallarda qəza zamanda verilməli olan pulu ya ala bilmir, ya da kı, çox çətinliklə alırlar.

Sosial şəbəkə istifadəçilərinin Razi Nurullayevin paylaşımındakı rəylərini sizə təqdim edirik:
Deyəsən, "Atəşgah" Sığortadan hər kəs narazıdır... - FOTO
Deyəsən, "Atəşgah" Sığortadan hər kəs narazıdır... - FOTO
Deyəsən, "Atəşgah" Sığortadan hər kəs narazıdır... - FOTO

Şərhlər

XƏBƏR LENTİ