SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Neptun market alıcıları belə aldadır - Üstü bəzək, altı təzək

Neptun market alıcıları belə aldadır - Üstü bəzək, altı təzək

Tarix:

4-09-2018, 08:56

/ 1 679 dəfə oxundu.
Neptun market alıcıları belə aldadır - Üstü bəzək, altı təzək

Neptun marketdən redaksiyamıza şikayət daxil olub. Redaksiyamıza müraciət edən Rəna Heydərova bildirib ki, dünən 28 May metrosu yaxınlığında, 28 Mall ticarət mərkəzinə paralel yerləşən Neptun marketdən alış-veriş etmək istəyib.

Xanım marketdən çəkilmiş ət almaq istəyib və satıcıya ətin piysiz, üstə qoyulmuş hissəsindən çəkməyi xahiş edib. Satıcı isə bildirib ki, bu marketinq tələbidir, ətin vitrində qəşəng görünən hissəsindən vermək olmaz. "Müştəri həmişə haqlıdır. Mən pul verirəmsə, istədiyim məhsulu almaq ixtiyarım var" desə də, satıcı burda elə bir qanun işləmir deyərək müştərinin istədiyi məhsulu satmaq istəməyib.
"Bəs onda belə çıxır ki üstünü bəzəyib altına nə gəldi düzüb, elə satırsınız?", dedim satıcıya. O da "bəs elədir də, get kimə şikayət edirsən et. Bizə müdiriyyət belə tapşırıb" cavabını verdi.

Biz adətən, gələn bütün şikayətlərə qarşı tərəfin fikrini alaraq baxırıq və bu barədə yazırıq. Lakin, dünən Neptun marketdə baş verən hadisəyə News24.az-ın əməkdaşı da şahid olduğu üçün buna gərək görmədik. Neptun marketlər şəbəkəsi paytaxt bazarındakı fəaliyyətindən kifayət qədər böyük qazanc götürür. Çörəyi alıcılardan çıxan bir xidmət müəssisəsi olaraq elə eləmək lazımdır ki, evinə bir tikə ruzi aparan alıcı inciməsin. Özlərinin təbiri ilə desək, üstü bəzək altı təzək olmasın.
Ardı var..

Şərhlər

XƏBƏR LENTİ