SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » BDU-nun tələbəsi etiraz edir:Universitetdəki rüşvətə

BDU-nun tələbəsi etiraz edir:Universitetdəki rüşvətə

Tarix:

2-03-2017, 17:37

/ 1 753 dəfə oxundu.
BDU-nun tələbəsi etiraz edir:Universitetdəki rüşvətə

BDU-nun 4-cü kurs tələbəsi Zəka Mirağayev İlahiyyat fakültəsindəki rüşvət hallarının araşdırılmasını tələb edir və bununla bağlı ən yüksək instansiyalara yazılı müraciət edib.
Müraciətlərinə cavab verilmədiyi üçün şikayətini mətbuata yönəldib və ictimailəşməsini istəyir. Biz də bu şikayət məktubunu olduğu kimi dərc edirik:
“Yaxın günlərdə mətbuatda BDU-nun İlahiyyat fakültəsində dekan müavini Nigar İsmayılzadə haqqında rüşvətlə bağlı məlumatlar yayıldı. Dekan müavininin bu əməlləri ilə bağlı Heydər Əlieyv fondunun prezidenti Mehriban xanım Əliyevaya da müraciət etdim (07.02.2017). Hətta Heydər Əliyev fondunun səlahiyyətli nümayəndəsinin qəbulunda da oldum. Bunun nəticəsi olaraq bu günə kimi BDU-da heç bir araşdırılma aparılmadı. Hətta BDU rəhbərliyi rektor Abel Məhərrəmov, prorektorlar Sani Hacıyev, İsmayıl Əliyev və İradə Əliyeva tam əksinə olaraq Nigar İsmayılzadənin tərəfini tutdular, hətta məni məhkəməyə verməyə qədər təhdid etdilər. Mən də dedim ki, buyurun məhkəmədə görüşərik. Bundan əlavə gördüm ki, BDU-da N.İsmayılzadənin əməlləri haqqında arşdırma getmir, təkrar olaraq (22.02.2017) vitse-president Mehriban Əliyevaya, DİN-Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Təhsil Nazirliyinə məktub yazdım. Çünki, Təhsil Nazirliyi və Korrupsiya İdarəsinin BDU ilə bacara bilmədiyini əvvəlcədən bilirdim. Ona görə ki, BDU rəhbərliyi artıq mütəşəkkil şəkildə rüşvət məsələlərini həll etdiyindən, əlavə olaraq da DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etməli oldum. Amma, hələ ki, heç bir müsbət araşdırma yoxdur. Nəticə olaraq, Təhsil Nazirliyindən mənə zəng edib, BDU-da rektorun qəbuluna getməyimi söyləyirlər. Mən də deyirəm ki, siz niyə araşdırmırsınız məsələni? Əgər BDU rəhbərliyi N.İsmayılzadənin rüşvətxor əməllərini araşdırmaq istəsəydilər, mən sizə niyə müraciət edərdim ki? Təhsil Nazirliyi olaraq niyə məsələni araşdırmırsınız? O da deyirki, aidiyyəti üzrə Universitet birinci araşdırmalıdır. Təkrar niyə siz bu məsləyə medaxilə etmirsiniz dedikdə isə dəstəyi yerə qoydular (27.02.2017. saat 14:45).
Buradan da bu nəticəyə gələ bilirik ki, Təhsil Nazirliyi korrupsiyaya bulaşmış BDU ilə bacar bilmir.
Əlavə olaraq bildirək ki, BDU İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə, Yaponiyadakı səfirimiz Gürsəl İsmayılzadənin bacısıdır. G.İsmayılzadə bacısının rüşvət məsələsi gündəmdə olan zaman Bakıya gəlmişdir. İntihar etmiş keçmiş MTN məmuru İlqar Əliyevlə də əlaqələri olmuşdur. Nigar İsmayılzadə dekan müavini vəzifəsinə gələndə İlqar Əliyev hələ sağ idi. Dekan Vasim Məmmədəliyev isə müavini N.İsmayılzadənin bu əməllərinə göz yumur. BDU rəhbərliyi ilə eyni mövqeni tutur”
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ