SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nizami rayonunda yenidən yaşıllığa qarşı soyqırım törədilməkdədir - FOTOFAKT

Nizami rayonunda yenidən yaşıllığa qarşı soyqırım törədilməkdədir - FOTOFAKT

Tarix:

31-08-2018, 14:29

/ 1 113 dəfə oxundu.
Nizami rayonunda yenidən yaşıllığa qarşı soyqırım törədilməkdədir - FOTOFAKT

Bu gün müraciət ünvanlayan Nizami rayon sakinləri yaşılığın qətliamı ilə bağlı danışıblar. Beləki, yaşılıqların məhz yaşayış binalarının ərazilərində məhv edilməsi sakinləri narahat etməklə yanaşı böyük narazılıqlara səbəb olsada heç bir dövlət qurumunun məsələnin məli üçün hərəkətə keçmədiyidə vurğulanmışdı. Sakinlər Ekologiya və Təbii sərvətlər nazirliyinin qaynar xəttinə məlumat verməsinə baxmayaraq qanunsuz obyetin tikintisi dayandırılmayır.

Sakinlərin müraciətini olduğu kimi sizlərə təqdim edirik:
"Məlumat üçün nəzərinizə çatdırmaq istərdik ki, yaşıllığın qorunması məqsədilə Cənab Prezidentimiz İlham Əliyevin sərt xəbərdarlığına baxmayaraq Bakının Nizami rayonu, Bəhruz Nuriyev 42 küçəsində (Siqayut Plaza şadlıq saraynın arxasında, 42 nömrəli binanın ərazisi) ağacların qətliamı yaşanır. Yaşıllıqların yerində isə obyektlərin tikilməsi üçün beton tökülür. Həmin ərazinin digər qonşu hissəsində isə ağacların kokünə beton tökülərək kafe ərazisi kimi istifadə olunur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə (168) bu barədə ilkin məlumat təqdim olunmuşdur. Problemin daha operativ həll olunması məqsədilə (ağacların tam olaraq kəsilməsinin qarşısının alınması) biz Bəhruz Nuriyev 42, 46 və 50 nömrəli binanın sakinləri Sizə bu müraciətimizi ünvanlayırıq. Bu məsələnin araşdırılması və qarşısının alınması üçün dəstək göstərməyinizi Sizdən xahiş edirik. Şəkil əlavədə verilmişdir.
Tərəfimizdən Prezident administrasiyasına da şikayətlər olunacaqdır." //Bakunews.az// Nizami rayonunda yenidən yaşıllığa qarşı soyqırım törədilməkdədir - FOTOFAKT

Şərhlər

XƏBƏR LENTİ