SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Eldar Əzizov Razim Məmmədovu yoxlatdırır – Xətaidə qanunsuz tikililər xaosu

Eldar Əzizov Razim Məmmədovu yoxlatdırır – Xətaidə qanunsuz tikililər xaosu

Tarix:

30-08-2018, 14:35

/ 2 157 dəfə oxundu.
Eldar Əzizov Razim Məmmədovu yoxlatdırır – Xətaidə qanunsuz tikililər xaosu

Bir qədər əvvəl məlumat verərək bildirmişdik ki, Bakı Şəhər İcra Hakimiyyətində müvafiq bir komissiya yaradılıb və paytaxtın rayonlarında yoxlamalar aparılır. Daxil olan informasiyalarda bildirilirdi ki, ən çox qanunsuz tikililərə icazə verilən rayon Xətai rayonudur. Xətaidə İcra Hakimiyyətinin laqeydliyi, hərəkətsizliyi və ya başqa səbəblərdən yaşıllıqlar məhv edilib. Yerində isə saysız-hesabsız qanunsuz tikintilər aparılıb. Saytımıza bilgi verən mənbə iddia edir ki, birbaşa Eldar Əzizovun göstərişi ilə yaradılan komissiya Xətaidə icra başçısı Razim Məmmədovun icazə əsasında tikilmiş qanunsuz obyektləri aşkarlayıb.

Elə bu gün yayılan rəsmi açıqlamalar da bunu sübut edir. Bu gün yayılan rəsmi informasiyaya əsasən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Nəzаrət şöbəsinin müdiri Zülfəli Babayevin sözlərinə görə, paytaxtın Xətai rayonunda zəbt edilən 7 ərazi aşkarlanıb, həmin yerlərdə söküntü işləri aparılıb, ərazi təmizlənib. O bildirib ki, həmin ərazilərdə yaşıllaşdırma işləri aparılacaq.
Şöbə müdiri vurğulayıb ki, bu tədbirlər çərçivəsində qanunsuz küçə ticarətinin də qarşısı alınacaq: "Bakı Şəhər İcra Hakimiyyətinin bu cür tədbirləri mütəmadi olaraq davam etdiriləcək".

Hələlik sökülən 7 obyektin inşasına Xətainin icra başçısı Razim Məmmədovun sərəncam verib-vermədiyi bəlli deyil. Məlumata əsasən bu rayondaki qanunsuz tikintilərə icazə məsələsində Razim Məmmədovun imzası çıxarsa o zaman faktı hüquq-mühafizə orqanları da araşdıracaq. Daxil olan xəbərdə deyilir ki, artıq Razim Məmmədov rəsmi açıqlanan 7 obyektdən başqa daha yüzlərlə qanunsuz tikintiyə icazə verib. Və bu faktlar araşdırlır. İnformasiyaya əsasən yaxın zamanlarda aparılan araşdırmalarla bağlı geniş hesabat ən yüksək hökumət məqamlarına da təqdim ediləcək. Bu arada isə Xətainin icra başçısı vəziyyətdən çıxmaq üçün özünə himayədar axtarışına çıxıb. Deyilənlərə görə, başçı Eldar Əzizova minnətçi düşsə də heç bir nəticəsi olmayıb. Mənbəmiz bildirir ki, yaxın günlərdə Xətai rayonunda daha 10-a yaxın qanunsuz inşa edilmiş obyektin söküntüsünə qərar veriləcək. İş söküntülərlə də bitmir. Xəbərdə deyilir ki, qanunsuz tikililər söküldükdən sonra onun yerində yaşıllıqların salınması da Razim Məmmədovun üzərinə qoyulub. Eyni zamanda obyektləri sökülən vətəndaşların da Xətai İcra Hakimiyyətindən narazı olduqları və zəbt etdikləri əraziləri kimlərin icazəsi ilə ələ keçirdiklərini də yəqin ki, açıqlayacaqlar. Bu mövzu ilə bağlı araşdırmalarımız davam edir.
Qarşı tərəfi də dinləməyə hazırıq.

P.S

- Yaxın günlərdə Eldar Əzizovla Razim Məmmədovun keçmiş düşmənçiliyi,
- Xətainin icra başçısının Sumqayıtdakı biznes şəbəkəsi,
- R.Məmmədovun qohumu olan “Univermaq Zaman”, Zaman İsgəndərova görə Eldar Əzizovla konfilikti,
- Eldar Əzizovun Sumqayıtın icra başçısı postunu itirməsindən sonra Razim Məmmədovun sənaye şəhərində başçı olmaq istəkləri,
- Zaman-zaman, iddialara görə hətta bu gün də Bakı meri olmaq arzusu və Eldar Əzizovla iddialarının toqquşmasına dair geniş araşdırma yazımızı sizlərə təqdim edəcəyik.

Gundeminfo.az

Şərhlər

XƏBƏR LENTİ