SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xətai rayonunda sahibkarın istismar etdiyi fəhlələr, qanundan kənar fəaliyyət - VİDEO

Xətai rayonunda sahibkarın istismar etdiyi fəhlələr, qanundan kənar fəaliyyət - VİDEO

Tarix:

30-08-2018, 11:50

/ 1 218 dəfə oxundu.
Xətai rayonunda sahibkarın istismar etdiyi fəhlələr, qanundan kənar fəaliyyət - VİDEO

Xətai rayon Ukrayna dairəsində nələr baş verir?... 26avqust bazar günü olmasına baxmayaraq, Bakının Xətai rayonu ərazisində, daha dəqiq, Ukrayna dairəsi kimi adlanan məkanda kütləvi surətdə əməyi istismar hallarının şahidi olduq. Beləki, saatlar18:42-ni göstərirdi, lakin hələ də bu qeyd edilən məkanda işçilər müxtəlif inşa tikinti işlərinə cəlb olunmaqla, o cümlədən heçbir Tikinti norma qaydalarının ilk tələbi olan Məlumat lövhəsinin olmaması artıq burada ciddi qanunpozuntularının olmasından xəbər verirdi.

Qeyd edək ki, Əmək Qanunvericiliyinin tələbinə görə həftəlik olaraq işçini işəgötürən 40saatdan artıq işlədə bilməz. Əgər istehsalat zərurətilə əlaqədar işəgötürən tərəfindən işçilər şənbə bazar günləri də işə cəlb olunarsa, bu zaman həmin günlərin əmək haqqısı digər günlərdən fərqli,ikiqat hesablanılaraq məhz həmin günün sonunda verilməlidir. Lakin çox təəssüflər olsun ki, burada Qeyri-leqal şəkildə podrat briqada təşkil edərək çalışan adının isə Xəqani olduğunu bildirən bu videoçarxdakı gənc oğlan aparılan sorğu zamanı traqikomik cavablarla yadda qaldı. Beləki, ilk öncə işçilərin uniformasız halda ona və rəhbərliyinə tutduğumuz irada cavab olaraq briqadir Xəqani adlı şəxs bildirdi ki, "İşin axırıdır, sabah təşkil edəcəyik dəbilqə və ayaqqabı"!
Bundan başqa tikinti ərazisində polad armaturların müxtəlif ölçüdə kəsib-doğramaq üçün Oksigen və propan balonlarından qeyri-düzgün istifadə edən işçilərin həyatları üçün çox böyük partlayış təhlükəsinin olduğunu aşkarladıq. Yəni həmin metal balonların üzərində işçi təzyiqi tənzimləyən manometrlərin olmaması ilə bərabər onların normativ istifadə qaydalarına zidd olaraq biri birindən 1metr məsafədə aralı vəziyyətdə olmalı halda təhlükəki olaraq bitişik olmasının da şahidi olduq. İşçilərin də bu avadanlığla davranma qaydalarını bilməməsini də aşkar etdik. İşçilərdən Ərzumaliyev Əlamət Sədaqət oğlu və Nəcəfov Elşən Alı oğlunun özlərini təqdim edərək burada yalın ayaqda hamam çəkələyində biabırçı vəziyyətdə işlədilməklə , əməyi istismara məruz qalmışdı.

İnanırıq ki, ictimailəşdirildikdən sonra da bu videoçarxda göstərilən neqativ hallara Respublika Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi yanında Baş Əmək Müfəttişliyi burada müvafiq təftişi həyata keçirtməklə müvafiq qanuni tədbiri görəcəkdir.

Mövzunu diqqətdə saxlayırıq.

BakuNews.az

Xətai rayonunda sahibkarın istismar etdiyi fəhlələr, qanundan kənar fəaliyyət - VİDEO
Xətai rayonunda sahibkarın istismar etdiyi fəhlələr, qanundan kənar fəaliyyət - VİDEO

Şərhlər

XƏBƏR LENTİ