SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Qan pulu” möhtəkirləri – Generala güvənən Almaz Zeynalova şəhid ailələrindən necə pul qoparır?

“Qan pulu” möhtəkirləri – Generala güvənən Almaz Zeynalova şəhid ailələrindən necə pul qoparır?

Tarix:

28-08-2018, 12:39

/ 4 852 dəfə oxundu.
“Qan pulu” möhtəkirləri – Generala güvənən Almaz Zeynalova şəhid ailələrindən necə pul qoparır?

Şəhid ailələri, Qarabağ əlilləri neçə müddətdir ki, müxtəlif dövlət orqanlarına, deputatlara müraciət edərək qanunla onlara çatacaq sığorta pullarını almaları üçün köməklik göstərmələrini xahiş edirlər. Bu insanlar məhkəmələrə müraciət edərək öz haqlarını tələb ediblər. Hətta Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə qədər gedib çıxıblar. Və Konstitusiya Məhkəməsi də bu pulun Şəhid ailələrinə, Qarabağ əlillərinə ödənilməsi üçün qərar qəbul edib.

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti isə neçə ildir ki, onlara nöqtəsinə, vergülünə kimi eyni olan bu cavabı verir: “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənlməsi qaydasının və şərtlərinin qısa müddətə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Ona görə də bu məsələyə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacaqdır.

Daha acınacaqlı hal budur ki, dövlət səviyyəsində həlli indiyədək ləngiyən bu problemlə əlaqədar araya bəzi möhtəkirlər girərək şəhid ailələrinə bir növ “vəkillik” xidməti təklif edib onlardan pul qoparırlar. Bu məsələ ilə ehtikarlıq edən qurumlardan biri də «Şəhid Ailələrinə Sosial Dəstək» İctimai Birliyidir. Söz gəzir ki, İB-nin rəhbəri Almaz Zeynalova şəhid ailələrinə onlar üçün “qan pulu” alacağını vəd edərək hüquqi yardım göstərəcəyi adı ilə ona inananların hərəsindən 150-200 manat pul alır. Özünü də şəhidin həyat yoldaşı kimi təqdim edir. Bildirirlir ki, hətta bu yaxınlarda bu məsələyə qatdığı, iştiraka sövq etdiyi hərbçi oğlunun da şəhid ailələrini aldadıb pul alması ilə bağlı şikayət olunmaq üzrəymiş. (adını çəkmək istəmədiyimiz bir xanımdan borc adı ilə 1000 manat pul alıb işini həll edib. İndi də borc etdiyi xanımın pulunu geri qaytarmır) Zeynalovanın vaxtilə general Rövşən Əkbərovun yanında işləmiş olduğu deyilən oğulunun məhz generalın müdaxiləsi ilə canını həbsdən qurtara bildiyi deyilir.

Məlumata görə, kifayət qədər gözüaçıq, “zəmanənin nəbzini tutan” adam kimi tanınan Almaz Zeynalova müxtəlif vasitələrlə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat sədri Azay Quliyevə də təsir edərək, özü ilə hesablaşmağa vadar edə bilib. Axı bildiyimiz kimi, Azay Quliyevin də çevrəsində yaxın-uzaq qohumlarından, sahman adamlarından ibarət QHT müftəxorları toplaşıb. Almaz xanım bu müstəvidə bir qucaq təfərrüatlardan xəbərdardır ki, onlardan sədrə qarşı kompromat kimi istifadə edir.

Xatırladaq ki, indiyədək bir sıra millət vəkilləri Şəhid ailələri, Qarabağ əlillərinin “qan pulu” məsələsini qaldırıb. Amma hələ də bu vəsaiti ödəyəcək rəsmi dövlət qurumlarından cavab alınmayıb. Yalnız bu ilin aprelində Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik pul (sığorta haqqı) ödənilməsi ilə bağlı fərmanı problemi “ölü nöqtə”dən tərpətmişdir. Hərçənd, ilk şəhid ailəsinin “qan pulu”nu alacağı gün yenə də yaxın görünmür. Ailə üzvlərinin sayının dəqiqləşdirilməsi və alınacaq “qan pulu”nda hansı paya sahib olacaqları məsələsinin də gələcək mübahisələrə yol açacağı, Almaz Zeynalova kimi möhtəkirlərin bu gözlənilən mübahisələrdə də möhtəkirlik edəcəyi istisna deyildir.

P.S. Növbəti günlərdə qeyd etdiyimiz məsələ ilə bağlı daha ciddi məqəmlara, o cümlədən də Almaz Zeynalovanın bir çox qaranlıq işlərinə də işıq salacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

RealMedia.az
“Qan pulu” möhtəkirləri – Generala güvənən Almaz Zeynalova şəhid ailələrindən necə pul qoparır?
“Qan pulu” möhtəkirləri – Generala güvənən Almaz Zeynalova şəhid ailələrindən necə pul qoparır?
“Qan pulu” möhtəkirləri – Generala güvənən Almaz Zeynalova şəhid ailələrindən necə pul qoparır?
“Qan pulu” möhtəkirləri – Generala güvənən Almaz Zeynalova şəhid ailələrindən necə pul qoparır?

Şərhlər

XƏBƏR LENTİ