SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xaləddin İsgəndərovun kadrı işdən çıxarıldı

Xaləddin İsgəndərovun kadrı işdən çıxarıldı

Tarix:

25-08-2018, 11:04

/ 1 858 dəfə oxundu.
Xaləddin İsgəndərovun kadrı işdən çıxarıldı

Bakının Binəqədi rayonu, Binəqədi rayon Bələdiyyələr şurasının sədri, Binəqədi bələdiyyəsinin xanım sədri Sitarə Cabbarlı ilə müavini Sabir Həsənov işdən çıxarılıb.

Minval.İnfo-nun özəl olaraq əldə etdiyi məlumata görə, adları qalmaqallı hadisələrdə hallanan hər iki şəxs ötən gün vəzifədən göndərilib.

Binəqədinin keçmiş icra başçısı olan Xaləddin İsgəndərovun kadrları hesab edilən Sitarə Cabbarlı və Sabir Həsənov vəzifə üstündə tez-tez dalaşıblar.

Sitarə Cabbarlı barəsində yerli KİV-də yetərincə şikayətlər dərc edilib. Məlumata görə, hər iki şəxsin vəzifədən uzaqlaşdırılmasına səbəb onlar haqqında sakinlərin onlarla şikayət məktubu yazmasıdır.

Şərhlər

XƏBƏR LENTİ