SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Bakı Bus” sərnişinlərdən əlavə pul oğurlayır – Fırıldaq!

“Bakı Bus” sərnişinlərdən əlavə pul oğurlayır – Fırıldaq!

Tarix:

2-03-2017, 12:20

/ 1 451 dəfə oxundu.
“Bakı Bus” sərnişinlərdən əlavə pul oğurlayır – Fırıldaq!

2015-ci ildən paytaxtın sərnişindaşıma sisteminə “Baku bus” avtobuslarının daxil edilməsi bu sahədə müsbət dəyişikliklərə yol açdı. Ən mühüm dəyişiklik isə avtobuslarda kart sisteminin tətbiq edilməsi oldu ki, bu da sərnişinlə sürücü arasında olan ünsiyyəti aradan qaldırdı. Bundan başqa, qaydalara əsasən, sürücülər dayanacaqdan kənarda saxlaya, dayanacaqda uzun müddət dayana bilməzdi.

Bütün bunlar Bakı sərnişin nəqliyyatındakı özbaşınalığın aradan qaldırılması, sürücü mədəniyyətinin yüksəlməsinə əhəmiyyətli təsir etdi.

Təəssüf ki, “Bakı Bus” avtobuslarındakı müsbət dəyişiklik davam etmədi, əksinə, getdikcə nöqsanlar artmağa davam edir. İlk aylar dəqiq qrafiklə işləyən bu marşrutlar bir müddətdən sonra gecikməyə, kart sistemindəki nöqsanlar səbəbindən sürücülərlə sərnişinlər arasında mübahisələr yaranmağa başladı.

Artıq bu “nöqsanlar” sürücülərin fırıldaq müstəvisinə də keçib. Sərnişinlər kartı sistemə yaxınlaşdırdıqda balansdan pul silinsə də, sürücülər “yanlışlıq” olduğunda israr edib, sərnişindən təkrar ödəmə tələb edirlər. Nəticədə isə bir sərnişin bəzən 2-3 dəfə ödənişə məcbur edilir.

Digər maraqlı məqam isə “Bakı Bus” avtobuslarında müraciət üçün göstərilən nömrənin cavab verməməsidir. Çox nadir hallarda göstərilən mobil nömrə ilə (077 250 57 57) əlaqə yaratdıqda isə nə şikayəti dinləyən, nə də hər hansı tədbir görən olur. Sərnişin yalnız əlavə əsəb, vaxt və mobil zəngə görə pul itkisi “qazanır”.

Bütün bunlar ilk günlər müraciət və şikayətlərə həssaslıqla yanaşan və göstərdiyi xidmət sahəsində şəriksiz lider olmaq istəyən bir qurumun artıq “hədəfinin” dəyişdiyini düşünməyə əsas verir.

Göstərilən problemlərlə bağlı “Bakı Bus”un mətbuat xidməti ilə də əlaqə saxlamaq mümkün olmadı.

Xatırladaq ki, bir neçə ay öncəyədək “Bakı Bus”un mətbuat xidməti mediaya və ictimaiyyətə ən açıq şəxs sayılır, müraciətlər isə dərhal araşdırılır və cavablandırılırdı.

Şərhlər

XƏBƏR LENTİ