SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ədalət Muradovun məsələsi Bakı Apellyasiya Məhkəməsində müzakirə ediləcək

Ədalət Muradovun məsələsi Bakı Apellyasiya Məhkəməsində müzakirə ediləcək

Tarix:

24-08-2018, 12:49

/ 1 491 dəfə oxundu.
Ədalət Muradovun məsələsi Bakı Apellyasiya Məhkəməsində müzakirə ediləcək

Asif Mərzili: «Hesab edirəm ki, AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynov sorğuya cavab verməməklə ADİU rektoru Ədalət Muradovun adının KİV-də daha çox hallanmasını istəyir…»
Məhkəmə, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovun «İnformasiya əldə etmək haqqında» qanuna hörmətsizliyini aydınlaşdıracaq…
«Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynov bir ilə yaxındır «İnformasiya əldə etmək haqqında» Qanuna hörmətsizlik edir və qəzetin rəsmi sorğusuna rəsmi qaydada cavab verməkdən boyun qaçırır… Təəssüfləndirici hal budur ki, Vəli Hüseynov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında rəhbər vəzifəsini icra edir, amma Prezidentin imzaladığı qanunu yerinə yetirmək istəmir. Belə bir şəxsin-məmurun Azərbaycan Respublikasının Prezidentinin adı olan bir qurumda rəhbər vəzifə daşımasına mənəvi haqqı çatırmı?».
Bu sözləri «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili «Pravdainfo.org»un əməkdaşına eksklüziv açıqlamasında söyləyib. Baş redaktor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovun qanunun tələblərini kobud surətdə pozmasından məhkəməyə şikayət verilib və artıq bir ilə yaxındır məhkəmə prosesi davam edir:
- Vəli Hüseynovun «İnformasiya əldə etmək haqqında» qanunun tələblərini kobud surətdə pozmasından 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə şikayət vermişdik. Məhkəmə 6 aylıq müzakirələrdən sonra iddianı rədd etdi və bunu tələb edilən məlumatın AAK-ın rəsmi saytında yerləşdirilməsi ilə əsaslandırdı. Qanunun tələbləri isə konkretdir: yazılı sorğuya yazılı da cavab verilməlidir…
-Sorğunun mahiyyəti barədə qısaca da olsa məlumat verə bilərsinizmi?
-Sorğu Azərbaycan Dövlət İqtisad Universitetinin hazırkı rektoru, Ağdam rayonunda anadan olmuş Ədalət Muradovun professor və doktorluq diplomlarını Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından qanunsuz yolla əldə etməsi barədədir. Və biz əvvəlcə eyni sorğu-müraciətlə rektor Ədalət Muradova məktub göndərmişik. Lakin rektor Ədalət Muradov özü «İnformasiya əldə etmək haqqında» Qanuna hörmətsizlik nümayiş etdirdi. Yazılı müraciətə mövqe nümayiş etdirmək əvəzinə, müxtəlif şəxslərin vasitəsilə bizə təzyiq etməyə başladı… Nəhayət, biz məcbur olduq ki, ona qeyd edilən diplomları vermiş qurumu, yəni promlemin müəllifini məhkəməyə verək... Məhkəmə qərarının şərh hissəsində də bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynov «İnformasiya əldə etmək haqqında» Qanuna hörmətsizlik edir, qanunu pozur.
-Maraqlıdır, əgər qeyd edilən informasiyalar AAK-ın rəsmi saytında vardırsa, AAK rəhbərliyi niyə onu yazılı şəkildə təsdiqləyərək redaksiyaya təqdim etmir?
-Bəli, doğru buyurursunuz ki, burada heç bir problem yoxdur. Hətta Vəli Hüseynovun məhkəməyə təqdim etdiyi çoxsaylı vəsatətlərdə, eyni zamanda onun özü sonuncu dəfə 31 iyul 2018-ci ildə redaksiyaya göndərdiyi 48-03-755-16 saylı məktubunda bir daha yazır ki, tələb etdiyimiz informasiyalar AAK-ın rəsmi saytında yerləşdirilmişdir. Və o, xahiş edir ki, həmin məlumatları AAK-ın rəsmi məlumatı kimi qəbul edək və s. Sualınıza gəlirəm: cənab Vəli Hüseynov, Sizin üçün nə dərəcədə çətindir saytınızdakı həmin məlumatları rəsmi blankınızda yazıb redaksiyaya göndərəsiniz??? Belə edilsəydi, bir ilə yaxındır məhkəmələrə ayaq döyməzdik, mübahisəyə son verilərdi. Amma Vəli Hüseynov bunu etmir. Niyə? Əvvəla, həmin diplomu AAK vermişdir, baş vermiş hüquqi pozuntulara görə AAK-ın məsuliyyəti vardır. İkincisi və ən vacibi: artıq düşünməyə məcburuq ki, Vəli Hüseynov istəyir ki, ADİU rektoru Ədalət Muradovun qanunsuz yolla doktorluq və professor diplomları əldə etməsi məsələsi həm məhkəmələrdə hallansın, həm də təbii ki, mətbuat bu barədə yetərincə yazır və yazacaq… Ədalət Muradov vaxtilə AAK-da Ekspert Komissiyasının sədr müavini olub, Vəli Hüseynov isə AAK-ın sədr müavini. Yəni, düşünürdük ki, Vəli Hüseynovla Ədalət Muradovun arasından su da keçməz. Amma indi əksini görürük. Deməli, AAK rəhbərliyi Ədalət Muradovun adının qanunsuz işlərdə daha çox çəkilməsinin tərəfindədir… Artıq bir neçə gündən sonra, avqustun 30-da Bakı Apellyasiya Məhkəməsində AAK-a qarşı şikayətimizə baxılacaq. Bakı Apellyasiya Məhkəməsində peşəkar və obyektiv hakimlər komandası olduğunu bilirik. İnanıram ki, orada ADİU rektoru Ədalət Muradovun nüfuzunu qoruyan hakimlər olacaq və imkan verməyəcəklər ki, həm Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovun «İnformasiya əldə etmək haqqında» qanuna hörmətsizliyi davam etsin, həm də rektor Ədalət Muradovun adı mətbuatda bu qədər çox hallansın…
***
Xatırladırıq ki, «Təzadlar» Qəzetinin Araşdırma Qrupu daxil olmuş məlumatlar əsasında geniş araşdırma aparmışdır. Rəsmi sənədlərlə təsdiq edilmişdir ki, ADİU-nun rektoru Ədalət Muradov 1998-ci ildə Ukraynada doktorluq elmi işini müdafiə etsə də, doktorluq diplomu 16 il sonra- 26.12.2014-cü ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında tanınmışdır. Lakin maraqlıdır ki, 21.11.2014-cü ildə isə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında ona professor diplomu verilmişdir. Bununla da Azərbaycan Prezidenti yanında AAK-ın Prezident tərəfindən təsdiq olunmuş «Əsasnamə»sinin tələbləri kobud surətdə pozulmuşdur, sənəd saxtalaşdırma cinayətinin tərkib hissəsini yaradır. Maraqlıdır ki, Ə.Muradov Prezident cənab İlham Əliyevin sərəncamı ilə ADİU-ya rektor təyin olunandan sonra o, qanunsuz yolla professor diplomu əldə etmişdir… Halbuki bu zaman Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə»nin və eyni tarixli Fərmanla təsdiq olunmuş «Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə»nin (VII. Nostrifikasiya və təkrar attestasiya) 49, 50, 51, 52 və 53-cü maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında «Əsasnamə»nin və «Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında» «Əsasnamə»nin tələblərinə görə isə, Ədalət Muradov əvvəlcə Ukraynada 1998-ci ildə müdafiə etdiyi doktorluq işi əsasında aldığı elmi dərəcə diplomunu əvvəlcə AAK-da tanıtmalı idi, sonra isə ona professor diplomu verilə bilərdi.
Bundan başqa, Ədalət Muradov 2014-cü ilin noyabrın 21-də qanunsuz yolla professor diplomu alsa da, o, hələ 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmışdır, “Makroiqtisadiyyat”, “İqtisadiyyatın dövlət tənzimlənməsi”, “Azərbaycanın iqtisadi siyasəti” fənlərini tədris etməklə yüksək məbləğdə maaş almışdır. 15 il ərzində Azərbaycanın AAK-ı tərəfindən professor diplomu tanınmamış bir şəxs dövlət büdcəsindən külli miqdarda maaşı necə almışdır? Bu qeyd edilən məlumatlar AAK-ın və ADİU-nun rəsmi saytlarında öz əksini tapmışdır. Belə ki, ADİU-nun rəsmi saytının məlumatlarında deyilir ki, «…Ə.Muradov 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini olmuşdur». AAK-ın Rəyasət Heyətinin 21 noyabr 2014-cü il tarixli qərarı və 14RH saylı protokolu ilə 8 nəfərə, bu sırada Ədalət Muradova professor adı verilmişdirsə, o, bundan 3 il əvvəl AAK-da necə İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini işləmişdir? Axı, qaydalara və AAK-ın “Əsasnaməsi»nə görə, Ekspert Şurasının Sədri və sədrin müavini vəzifəsinə (eləcə də EŞ-in digər üzvləri) yalnız və yalnız elmlər doktoru-professor olanlar təyin edilə bilərlər. Ədalət Muradov isə 1998-ci ildə Ukraynada müdafiə etdiyi doktorluq diplomunu yalnız 2014-cü ilin dekabr ayında AAK-da tanıtmışdır və bundan bir ay əvvəl qanunsuz olaraq professor diplomunu almışdır.
Problemlə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
«Pravdainfo.org»

Şərhlər

XƏBƏR LENTİ