SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qorxmaz Hüseynov “Neftqaztikinti” Trestinin suyunu kəsib

Qorxmaz Hüseynov “Neftqaztikinti” Trestinin suyunu kəsib

Tarix:

18-08-2018, 10:24

/ 1 753 dəfə oxundu.
Qorxmaz Hüseynov “Neftqaztikinti” Trestinin suyunu kəsib

Dövlət Neft Şirkətinin (SOCAR) Zığda yerləşən “Neftqaztikinti” Trestinə bir həftədir su verilmir.

AzEuroNews.com-un aldığı məlumata görə, “Azərsu” ASC tərəfindən idarəyə su təchizatı dayandırılıb və yeni sayğacların quraşdırılması ilə əlaqələndirilib.

Bu da trestdə hər gün işləyənlərin su problemi yaşamasına səbəb olub. Yay mövsümü ilə əlaqədar suya olan tələbatın da çoxalması narahatlıq doğurub.

“Azərsu” ASC əməkdaşları isə hələ ki idarəyə yeni sayğaclar quraşdırmayıblar. “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən inşa olunmuş inzibati bina pilləvari olmaqla 3, 5 və 7 mərtəbədən ibarətdir.

İnzibati binada hər cür avadanlıqlarla təchiz olunmuş 90 iş otağı, 240 nəfərlik böyük və 30 nəfərlik kiçik konfrans zalları, yeməkxana, eləcə də 100 avtomobillik yeraltı dayanacaq mövcuddur.

Bundan başqa, binanın ərazisində 2 ədəd yeni 1000 kVt-luq yarımstansiya, qazanxana və hər biri 150 kubmetrlik 2 ədəd su çəni inşa edilib.

Şərhlər

XƏBƏR LENTİ