SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Binə” çörəkdən elə əşya çıxdı ki-Fotolar

“Binə” çörəkdən elə əşya çıxdı ki-Fotolar

Tarix:

2-03-2017, 11:00

/ 2 105 dəfə oxundu.
“Binə” çörəkdən elə əşya çıxdı ki-Fotolar

Bakıda çörəyin içindən naməlum əşya çıxıb.

Bakı sakini A.Həsənovanın verdiyi məlumata görə, 22.02.2017-ci il tarixdə saat 19.00 radələrində Xəzər rayonu Binə qəsəbəsində marketdən çörək alınıb. Şikayətçi bildirir ki, evdə çörək doğrandığı vaxt içindən təsbit edə bilmədiyi əşya çıxıb. Məsələ ilə bağlı mağazaya şikayət edilib. Bildirilib ki, çörək Binə Çörək Zavodunun məhsuludur.

Qeyd edək ki, bu kimi xoşagəlməz hallara tez-tez rast gəlinir. Gündəlik istehlak etdiyimiz əsas ərzaq olan çörəyin içindən ən müxtəlif əşyaların çıxması artıq adi hala çevrilib. Lakin ümid edirik ki, problemin aradan qaldırılması üçün aidiyyatı qurumlar da üzərlərinə düşən işi görəcəklər.

Binə Çörək Zavodunun məhsulu olan çörəyin içindən çıxan əşyanın fotolarını təqdim edirik:

“Binə” çörəkdən elə əşya çıxdı ki-Fotolar
“Binə” çörəkdən elə əşya çıxdı ki-Fotolar

Şərhlər

XƏBƏR LENTİ