SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Baytarlıq Nəzarəti Xidməti qurbanlıq heyvan seçimi barədə

Baytarlıq Nəzarəti Xidməti qurbanlıq heyvan seçimi barədə

Tarix:

17-08-2018, 14:34

/ 1 382 dəfə oxundu.
Baytarlıq Nəzarəti Xidməti qurbanlıq heyvan seçimi barədə

Qurbanlıq heyvanlarla əlaqədar onu demək istəyirəm ki, vətəndaşlar heyvanların duruşuna, sağlamlığına xüsusi fikir versinlər. Qurbanlıq heyvan hər cəhətdən qüsursuz olmalıdır.

Bunu Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Bayandur Rzayev deyib.

O bildirib ki, hazırda qurum 13 xəstəliyə qarşı profilaktiki peyvəndləmə işi aparır.

“Qonşu ölkələrdə hər hansı xəstəlik qeydə alınarsa, onlara qarşı mübarizə aparırıq. Qeyd edim ki, ölkə ərazisində müəyyən xəstəliklərə qarşı profilaktiki peyvəndləmə aparılıb. Bu tədbirlər mərhələlərlə həyata keçirilir və hazırda ölkəmizdə iti yoluxucu xəstəliklərə görə epizootik sabitlik qorunur”.

Xidmət rəisi fermerlərə öz tövsiyələrini də verib:

“Fermerlər payız fəslində heyvanlar üçün yem ehtiyatı əldə etməlidir. Saxladıqları heyvanların sayına uyğun olaraq qış fəsli üçün yem toplamalıdır. Bir də məsləhətim odur ki, heyvanları yemləmək üçün qüvvəli yemlərə üstünlük versinlər.

Əhaliyə, təsərrüfat sahiblərinə onu demək istəyirəm ki, heyvanların saxlanma, bəslənmə və havalanma şəraitinə diqqət göstərmək vacibdir. Birinci növbədə vətəndaşlardan, fermerlərdən xahişimiz ondan ibarətdir ki, heyvanların sağlamlığına fikir versinlər. Əgər bir şübhəli hal baş verərsə, dərhal yerli baytarlıq idarələrinə və sahə baytarlıq məntəqələrinə müraciət etmək lazımdır”.

Şərhlər

XƏBƏR LENTİ