SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Tarix:

17-08-2018, 14:32

/ 1 450 dəfə oxundu.
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında avqustun 18-i gündüz, 19-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Avqustun 18-i gündüzdən avqustun 20-dək şimal rayonlarından başlayaraq Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Şərhlər

XƏBƏR LENTİ