SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Azərişıq" ASC-nin fırıldaqları əslində xüsusi "idarə xakerləri" tərəfindən hazırlanır - İDDİA

"Azərişıq" ASC-nin fırıldaqları əslində xüsusi "idarə xakerləri" tərəfindən hazırlanır - İDDİA

Tarix:

14-08-2018, 14:23

/ 1 656 dəfə oxundu.
"Azərişıq" ASC-nin fırıldaqları əslində xüsusi "idarə xakerləri" tərəfindən hazırlanır - İDDİA

Əhalinin demək olar əksər hissəsi kommunal xərclərin son aylarda ikiqat ödəniş tələbinin olduğu qəbzlərin gəlməsindən şikayət etməkdədir. Bütün edilən şikayətlər isə bir mənalı olaraq cavabsız qalır. Belə xidmətlər arasında əsas başlıca rol oynayan isə "Azərişıq" ASC ximətidir ki buda artıq pik həddə çatıb. "Azərişıq" ASC-nin rəsmiləri isə bəyanatlarla çıxış edərək, bu xərclərin artmasını məhz havalarla bağlı olduğunu məişət elektrik avadanlıqlarının güc təlabatının artıq olmasını qeyd edərək özlərini haqlı çıxarmaqa cəhd edirlər. Bütün bunlar cəfəngiyat olduğu cəmiyyətin isə buna inanmaq istəmədiyin həm də bilərəkdən bu cür çıxışların mütamadiləşdirirlər.

Gəncədən olan oxucumuz Nüsrət Adıgözəlov qeyd edir: "Deyirlər, AZƏRSU bəzi dırnaqarası dələduzlarına "arsız fırıldaq"da heç kim çata bilməz. İndi Azərişıqın tətbiq etdiyi bu "total fırıldaqlıq" fəndini, 2010-cu ildə elə AZƏRSU-nun "dvijeniyalı oğulları" və "qazanan kişiləri" "icad" eləmişdi (və 8 aydan sora rəisləri dəyişilmişdi) ! İndi amma Azərsu, "özünü tutandan" sora, bir az sakitləşib, keçib gizli "lokal fırıldaqlara":

Xüsusi "idarə xakerləri" ("bu il bu loxlar, gələn il o birilər" planı üzrə hərəkər edərək) qapı-qapı gəzib seçdikləri sayğacları gizlincə, xüsusi tərzdə proqramlaşdırılmış KARTLA, "qurdalayıb" ERRORa salır (ekrana cürbəcür əcaib "qəliz" yazılar,həmçinin ERROR sözü, çıxır, amma sayğacdan su hələ ki axıb-keçir, mənzilə su gəlir), ... və bir müddətdən sora başqa işçilər gəlib, sayğacın içindəki o KLAPANı, başqa kartla, kilidləyirlər və sonrasa susuz qalan qaça-qaça gələn çarəsiz "lox"lardan "cərimələr" tələb edirlər.

Azərsu idarəsinin özündəsə deyirlər ki, guya - "sayğacınızda balans bitəndən sora, nasaz KLAPAN bu suyu kəsə bilməyibdi və nəticədə qanunsuz olaraq filan qədər MÜFTƏ su işlətmisiniz, biz bunu aşkarlayıb klapanı kilidləmişik, indi filan qədər cərimə ödəməlisən ki açaq".

Bu azmış kimi, hələ hardansa uydurma ("bişmiş induşkanı" da güldürən) "ARALARDA yaddan çıxıb UNUDULMUŞ çoxsaylı köhnə QALIQ BORCLAR" da onların "yadına düşür" və nəticədə hətta ən kasıb,1 otaqlı mənzildə yaşayan, abonentdən belə, azı 60-100 manat "cərimə" istəyirlər, (abonent "torqovatsya" eləyəndən sorasa 30-50 manatla "razılaşırlar"). Bu oyunu (son 5-6 il ərzində) artıq çoxlarının başına açıblar."

Hazırda isə cəmiyyətin qanına susayan "Azərişıq" ASC məlum hadisələrin xərclərin göründüyü qədər dinc əhalidən çıxarmağa cəhd edir. Bu cəhdləri isə heçdə boşa çıxmamaqdadır.

Mövzuya qayıdacağıq.

BakuNews.az

Şərhlər

XƏBƏR LENTİ