SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazim İsmayılovdan Birinci Vitse prezidentə şikayət

Nazim İsmayılovdan Birinci Vitse prezidentə şikayət

Tarix:

2-03-2017, 10:01

/ 2 894 dəfə oxundu.
Nazim İsmayılovdan Birinci Vitse prezidentə şikayət

Azərbaycan Respublikasının Birinci Vitse prezidenti Mehriban xanım Əliyevaya Sabirabad rayon sakini Əliyev Həsənağa Kamil oğlu tərəfindən müraciət:
Hörmətli Mehriban xanım, mən Əliyev Həsənağa Kamil oğlu 1962 ci ildə Sabirabad rayonunda anadan olmuşam. Ali təhsilliyəm və 2 oğul atasıyam. Təhsil işcisi olmuşam.Sizə müraciətim əsla özümün maddi sıxıntım və hər hansı bir problemimlə bağlı deyil. Məni narahat edən məsələ Sabirabad rayonunda cinayətkar, saxtakar və qeyri iqtidarçı insanların mühüm vəzifələrə gətirilməsidir. Rayon icra hakimiyyətinin başcısı Nazim İsmayılovun bilərəkdən bu cür insanların vəzifə tutması üçün şərait yaratması bizləri narahat edir.
Məlumat üçün qeyd edim ki, 2016 cı ilin yanvar ayında mərkəz Sabirabad rayonu olmaqla 12 saylı ərazi regional maliyyə-hesablama mərkəzi yaradıldı. Həmin mərkəzə 65 yaşlı texnikum təhsilli, 2002 ci ildə Rusiyanın cənub ali humanitar institunun Bakı filialının BHC691766 nömrəli saxta diplomunu əldə etmiş, Sabirabad rayonunda müxalifətçi kimi tanınan Elxan Əsədov təyin edilmişdir.2006-cı ildə Təhsil Nazirliyi ölkədə qanunsuz fəaliyyət göstərən 17 ali təhsil müəssisəsinin siyahısını açıqlayıb. Siyahıda adıçəkilən müəssisə də yer alır.
Nazirliyin məlumatında bildirilir ki, bütün bu təhsil müəssisələri Azərbaycan ərazisində fəaliyyət göstərmək üçün lisenziyaya malik deyil. E. Əsədovun 2002 ci ildə işlədiyi rayon mədəniyyət şöbəsinin baş mühasibliyi vəzifəsi dövlət qullugu təsnifatına daxil olduğu üçün o həmin saxta diplomu əldə edərək 2002 ci ildən 2016 cı ilədək dövlətə xəyanət edərək maliyyə fırıldaqlarına getmiş, dövlət qulluğu ilə külli miqdarda vəsaiti mənimsəmişdir. E.Əsədov 63 yaşında pensiyaya çıxarkən dövlət sosial müdafiə fondunun Sabirabad rayon şöbəsini aldadaraq dövlət qulluğuna aid edilən pensiya almağa da müvəffəq olmuşdur. Onun tutduğu hazır ki, vəzifəsi dövlət qulluğu təsnifatına daxil olmadığı halda Elxan Əsədov 2016 cı ilin yanvar ayında ona saxta diplomla əlaqədar hesablanmalı olmayan əmək haqqını birdəfəlik 6 misli miqdarında müavinatı ilə dövləti aldadaraq almışdır.
O regional idarəyə rəis təyin edildikdən sonra bir sıra məktəblərin texniki işçilərinə qarşı yolverilməz formada təzyiq və təhqirlərə keçmişdir. Onlar hansısa səbəbə görə hətda bir gün işə çıxmadığı halda işdən uzaqlaşdırılmış və ya bir aylıq əmək haqqı saxlanılmışdır. Bununla da sıravi işciləri dövlətdən narazı salmışdır. Muhasibatlıqda 17 nəfər təcrübəli mühasibin işləməsinə baxmayaraq Elxan Əsədov muavini Qasım Məmmədovun oğlunu 1 gün də olsun mühasibatlıqda işləmədiyi halda regional mühasibatlığa böyük mühasib vəzifəsinə təyin etmişdir.
Elxan Əsədov bütün dövrlərdə müxalifətçi kimi rayonda hamının tanıdığı bir insan olmuşdur. Onun yeznəsi Ağayev Azər Mirələm oğlu və qohumları bütün seçkilərdə İsa Qəmbərin, Əli Kərimlinin Milli Şuranın Pənah Hüseynin müşahidəçisi kimi iştirak edərək onları azgınlıqla müdafiə etmiş, iqtidar nümayəndələrinə həmişə başağrısı olmuşlar.E.Əsədov öz müxalifətçiliyini gizlətmək üçün 2016 cı ilin may ayında YAP sıralarına keçmişdir.
Elxan Əsədov heç bir tender keçirilmədən və qaimə-faktura olmadan bazar məzənnəlirindən baha qiymətə hər məktəbə 2-3 paçka olmaqla A-4 format kağızı, bir paçkası -13 man.50 qəpik, diyircəkli qələm, 6-7 ədəd, olmaqla qiyməti 1 man 20 qəpik, elektirik lampası 3-4 ədəd qiyməti 2 man 20 qəpik, həyət süpürgəsi 2-3 ədəd qiyməti 6 man 40 qəpik, qovluq 3-4 ədəd qiyməti 2 man 20 qəpik və svermişdir... Bununla da həmin cinayətkar Elxan dövlətin 100 min manatlarla pulunu mənimsəmişdir. Məktəb direktorları və müəllimləri könüllü olaraq müxtəlif qəzet və jurnallara abunə yazıldığı halda Elxan Əsədov bundan istifadə edərək Azərmətbuatyayıma , Suqovşan qəzeti redaksiyasına və Bakı şəhəri Təhsil jurnalı redaksiyasına yığılan nəğd pullara şərik çıxaraq ümumilikdə 17 min 400 manat pulu köçürmə yolu ilə qanunsuz olaraq həmin müəssisələrin hesabına köçürmüşdür.
Bunu da qeyd etməliyik ki, E.Əsədov öz qızını rayonun ən böyük məktəbi olan N. Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbinə direktor təyin etdirmişdir. Onun qızı Könül Əsədova həmin məktəbdə cəmi altı ay 0,5 ştat həcmində direktor müavini vəzifəsində işləmişdir. O , Təhsil Nazirliyinin keçirdiyi direktorlar üçün imtahanda ən zəif nəticə göstərmişdir. E. Əsədov öz qızına görə həmin məktəbə biliyi ilə imtahandan keçib, direktor olmaq hüququ qazanan Zəka Cabbarlını halal qazandığı direktorluqdan kənar etdirmişdir..Elxanın qızı Könül Əsədova ağır nevroloji xəsdəlikdən əziyyət çəkir.O psixrotop dərmanlardan istifadə etdiyi üçün özünnən asılı olmayaraq vaxtsız yuxuya gedir.Biz də ilk vaxtlar bu haqda deyilənlərə inanmırdıq, amma zaman keçdikcə məsələnin gerçək olduğunu bildik.
Sabirabadın ən böyük orta təhsil müəssisəsinə belə bir problemdən əziyyət çəkən insanın rəhbərlik etməsi bizi həm təəssüfləndirir, həm də narahat edir..Dəfələrlə Elxan Əsədovun saxtakarlıqları haqqında Təhsil Naziri Mikayıl Cabbarova məktubla müraciət olunub.İnformasiya saytları qalaq-qalaq məlumatlar verib. Mikayıl Cabbarov Elxan Əsədov kimi cinayətkarı işdən qova bilmirsə Təhsil Naziri vəzifəsində nəyə görə oturub ???
Sonda qeyd edimk ki Elxan Əsədov özünün bu vəzifəyə gəlməsi üçün rayon İcra Hakimiyyətinin başcısı Nazim İsmayılova 100 min manat, qızının direktor təyin edilməsi üçün 30 min manat pul verdiyini açıq aşkar hər yerdə bildirir.Həmçinin Elxan Əsədov Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdürü Rauf Orucovla yaxın dost olduğunu da iddia edir

Həsənağa Əliyev

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ