SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Stimul Hospital" xəstəni aldadıb ona səhv diaqnoz qoydu-Prodüser açdı sandığı...

"Stimul Hospital" xəstəni aldadıb ona səhv diaqnoz qoydu-Prodüser açdı sandığı...

Tarix:

11-08-2018, 11:33

/ 5 384 dəfə oxundu.
"Stimul Hospital" xəstəni aldadıb ona səhv diaqnoz qoydu-Prodüser açdı sandığı...

Son zamanlar həkim səhlənkarlığıyla, demək olar, hamımız rastlaşırıq. Özümüz və ətrafımızda olan yaxınlarımız həkimlərin qoyduğu səhv diaqnozlara görə əziyyət çəkirlər. Bu isə ilk növbədə həkim adına, Hippokrat andına və vətəndaş mövqeyinə ziddir.

Prodüser Qasımova Əmanət Sayad qızı da həkim səhvinin güdazına gedib. O, redaksiyamıza ünvanladığı məktubunda Sabunçu rayonunda yerləşən "Stimul Hospital"dan və oranın əməkdaşlarından şikayətini bildirib. Həmin məktubu olduğu kimi təqdim edirik:

“Hörmətli Analoq.az saytı, Mən Qasımova Əmanət Sayad qızı bu günə kimi müxtəlif televiziyalarda fəaliyyət göstərib, yüzə yaxın filmin və verilişlərin çəkilişlərində əlimdən gələni etmişəm. "Stimul Hospital"ın baş həkimi və əməkdaşları tərəfindən aldadıldığıma görə bu hadisəni məcbur qalıb mətbuatda işıqlandırmağı özümə borc bilirəm.

07.06.2018-ci il tarixində Bakıxanov qəsəbəsində yerləşən "Stimul Hospital"a “cek-up” müayinəsinə getdim. Mənə orada sol yumurtalığımda yekə kista dioqnozu qoydular. Və sanki içində bir bomba daşıyırsan, hər an partlaya bilər- söylədilər. Hospitalda ürəyimə bir vəlvələ saldılar. "Stimul Hospital"ın baş həkiminin qəbulunda oldum. Ondan əməliyyatın qiymətini öyrəndim. Baş həkim bu əməliyyat üçün məndən 1000 manat istədi.

Həmin ərəfədə bu əməliyyat üçün min manatım yox idi. İşləmirdim.Maddi çətinliklərim var idi. Amma mənə qoyulan diaqnoz məni ciddi narahat etdiyindən mən məcbur qalıb bir yaxın tanışımdan 1000 manat borc aldım.

14.07.2018-ci ildə mən başqa bir hospitalda əməliyyat olundum. Əməliyyat zamanı cərrah məndə kistanın olmadığını söylədi.

Mən başqa hospitalda əməliyyata "Stimul Hospital" ın qoyduğu diaqnozla daxil oldum.
Əməliyyat olunduğum hospitalda təkrar Cek-up müayinəsindən keçməyə pulum yox idi.Bütün pulumu "Stimul Hospital" da xərcləmişdim.

Onu deyə bilərəm ki, "Stimul Hospital"-ın baş həkimi məni durduğum yerdə ziyana saldı. Onlar əgər mənə bu diaqnozu qoymasaydılar mən 1000 manat borc eləməyəcəkdim.

Tam səmimi söyləyirəm ki, "Stimul Hospital" bu günə qədər onlarla insanı bu cür aldadıb onlara səhv diaqnoz qoyub. Bu cür yanlış diaqnozlar mənə və digər soydaşlarımıza qarşı mənəvi terrordur.

Mən mətbuat vasitəsilə Səhiyyə Naziri cənab Oqtay Şirəliyevə və aidiyyatı orqanlara müraciət edərək bildirmək istəyirəm ki, bu və digər hospitalların fəaliyyəti araşdırılsın. Onların səhlənkarlığı və vətəndaşlara qarşı qoyduqları səhv diaqnozların qarşısı alınsın.

Analoq.az

Şərhlər

XƏBƏR LENTİ