SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Neft Qaz tikinti trestinə qarşı ittiham var... - Boruları rəngləyib yeni kimi təqdim edirlər

Neft Qaz tikinti trestinə qarşı ittiham var... - Boruları rəngləyib yeni kimi təqdim edirlər

Tarix:

5-08-2018, 10:42

/ 1 598 dəfə oxundu.
Neft Qaz tikinti trestinə qarşı ittiham var... - Boruları rəngləyib yeni kimi təqdim edirlər

Neft Daşlarında fəaliyyət göstərən Neft Qaz tikinti trestinin TQİ-nin rəhbərliyinin göstərişi ilə qəzalı vəziyyətdə olan estakadalardan öz istisimar müddətini bitirmiş və istisimara yararsız olan borular kəsilərək yenidən qaz xətlərinin çəkilməsi üçün digər estakadalara daşınır.

Cebhe.info-nun xəbərinə görə, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı təşkilata göndərilən şikayət əsasında bildirib:

“Borular Neft Daşlarının 5 saylı mədənindən, 2 saylı mədəninə daşınır. Orada 1617 deyilən köhnə qazma quyusu olan ərazinin yaxınlığından yeni estakada yolu çəkilir .Borular estakadanın yan hissəsindən keçən yeni qaz xətlərinin çəkilməsi üçün daşınır. Borular baş - başa qaynaq olunub rəngləndikdən sonra onun təzə və ya köhnəliyini heç kəs ayırd edə bilməz. Kəsilərək yarımçıq qalmış qaz xəttinə və boruların içinə diqqətlə nəzər yetirsəniz bunun bir daha şahidi olarsınız”.

Mirvari Qəhrəmanlı SOCAR-ın vitse prezidenti Mikayıl İsmayılova müraciət edərək, faktların yoxlanılmasını istəyir.Neft Qaz tikinti trestinə qarşı ittiham var... - Boruları rəngləyib yeni kimi təqdim edirlər
Neft Qaz tikinti trestinə qarşı ittiham var... - Boruları rəngləyib yeni kimi təqdim edirlər
Neft Qaz tikinti trestinə qarşı ittiham var... - Boruları rəngləyib yeni kimi təqdim edirlər

Şərhlər

XƏBƏR LENTİ