SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Biləcəri bələdiyyəsinin təhlükəli parkı – VİDEO

Biləcəri bələdiyyəsinin təhlükəli parkı – VİDEO

Tarix:

31-07-2018, 23:35

/ 1 691 dəfə oxundu.
Biləcəri bələdiyyəsinin təhlükəli parkı – VİDEO

“Space” Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişinin 200-cü buraxılışı yayımlanıb.

İlk olaraq qabardılan problemlərin bir qısmı qısa olaraq tamaşaçılara təqdim edilib. Xatırlatma zamanı teleaparıcı Amil Xəlil Bakı Nəqliyyat Agentliyini tənqid edib. O, qurumun mətbuat xidmətinin “Olar? Olmaz!” verilişindən dəfələrlə yayındığını xüsusi olaraq vurğulayıb. “Biz neçə dəfə Mais Ağayevlə danışmışıq. Hər danışıqdan sonra o insan problemi eşidir və daha sonra telefonu götürmür. Tərif olmadığı üçün quruma sərf etmir- “Olar? Olmaz!” verilişi!”

Daha sonra Biləcəri parkından görüntülər tamaşaçılara təqdim edilib. Ümumiyyətlə parkların təhlükəsindən danış Amil, uşaqlar üçün əyləncə yox, faciəyə səbəb olan parkların qoruyucu sədlərinin (hasarlar) olmamasından danışıb. Biləcəri bələdiyyəsini də söz atəşinə tutan teleaparıcı qurumun “gözləyin” deyib ardından gizlənməsini tənqid edib.

Qeyd edək ki, verilişdə dəfələrlə açıq rüşvət görüntüsü, çəkiliş zamanı komandaya hücumlar, saxtakar sahibkarlar, bir çox qurumlar tənqid edilib. İşini bilməyənlərin Amil Xəlilə rüşvət verməsinin gizli çəkilişləri tez-tez “Olar? Olmaz!” verilişində olduğu kimi göstərilib. Buna görə də əksər qurumlar bu verilişdə tənqid edilir.

Qeyd edək ki Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişi həftə içi hər gün saat 19:55 də “Space” Tv-də yayımlanır.

Minval.İnfo

Şərhlər

XƏBƏR LENTİ