SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İcra başçısı “Razin tolkuçkası”na bata bilmir

İcra başçısı “Razin tolkuçkası”na bata bilmir

Tarix:

28-07-2018, 10:10

/ 2 824 dəfə oxundu.
İcra başçısı “Razin tolkuçkası”na bata bilmir

Bakıxanov ticarət mərkəzinin illərdir tıxaclara səbəb olduğu Sabunçu Rayon İcra Hakimiyyətinə də agahdır.

Ona görə də Sabunçu RİH bir neçə il əvvəl problemi aradan qaldırmaq üçün yarmarkanı sökməyə cəhd etmişdi. Amma ticarət mərkəzinin sahibi Fərhad Mirzəyev icra başçısı Adil Vəliyevlə kəllə-kəlləyə gələrək bazarın sökülməsinin qarşısını almış, ticarətçilər etiraza qalxmışdılar.Analoq.az xəbər verir ki, bu səbəbdən hələ də ərazi tıxacların cəngindədir. Hərçənd ki, Bakıxanov TM artıq əhəmiyyətini itirib.

Çünki ətrafda kifayət qədər ucuz univermaqlar, mağazalar fəaliyyət göstərirlər və bazar müştəri sarıdan korluq çəkir.

Amma Hacı Fərhad el arasında “Razin tolkuçkası” adlanan bazarın köçürülməsinə imkan vermir.

O, Sabunçu RİH qarşısında öhdəlik götürmüşdü ki, ərazini sahmana salacaq, bazarın qarşısında piştaxtaları yığışdıracaq, antisanitariyaya son qoyacaq. Amma nə öhdəliklər yerinə yetirilib, nə tıxaclar səngiyib.

Əməkdaşımızın sözlərinə görə, ticarət mərkəzinin “Neftçilər” metrostansiyasına gedən və gələn istiqamətlərində, eləcə də Qaraçuxura gedən yolda hər gün tıxaclar hökm sürür.

Avtobuslar və avtomobillər bu tıxaclardan cana doyublar. Amma nə İcra Hakimiyyəti addım atır, nə bazar köçürülür.

Sürücülər deyirlər ki, “Razin tolkuçkası” sökülsə, bura genişlənəcək, nəqliyyatın hərəkəti normallaşacaq. Üstəlik, qiymətlərin bahalığı yarmarkada süstlüyə səbəb olub.

Heç kəs yaxınlıqdakı ucuz mallar satılan mağazaları qoyub bu bazara girməz. Odur ki, ticarət mərkəzinin işləməsinin tək mənası tıxaclara səbəb olmaqdır.

Görünür, Sabunçu RİH başçısı Adil Vəliyev Fərhad Mirzəyev adlı iş adamına bata bilmir.

Hazırda bazarın ətrafında hər gün tıxaclar, sıxlıq hökm sürür, maşın saxlamağa yer tapmaq olmur, avtobuslar onsuz da darısqal olan yolun hərəkət hissəsini zəbt edir və beləcə, bu istiqamətdə xaos yaşanır.

Hələ bu azmış kimi, Bakıxanov TM-ə gedən yollar bərbad gündədir: çala-çuxur, yamaq, səs-küy, piyadalar maşınların üstünə qaçır, avtomobillərlə avtobuslar bir-birinin yoluna girir və orada hər saat dözülməz vəziyyət hökm sürür.

Bakıxanov bazarı 1995-ci ildən “Azəribiznes” adlanan qurumun tərkibində fəaliyyət göstərir, 4 hektarlıq ərazini əhatə edir. Yarmarkaya bitişik bir neçə ticarət obyekti tikilib. Onların da “Razin tolkuçkası”nın rəhbərliyinə aid olduğu söylənir.

peyktv.az

Şərhlər

XƏBƏR LENTİ