SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Kəmaləddin Heydərovun gömrükçüləri Naxçıvanda “Tutu, tut” oynayır – dəhşətli video

Kəmaləddin Heydərovun gömrükçüləri Naxçıvanda “Tutu, tut” oynayır – dəhşətli video

Tarix:

28-07-2018, 10:04

/ 3 630 dəfə oxundu.
Kəmaləddin Heydərovun gömrükçüləri Naxçıvanda “Tutu, tut” oynayır – dəhşətli video

Naxçıvan Azərbaycanın bütün aspektlərdə laboratoriyasıdır. Muxtar respublikadan elə vahiməli xəbərlər, qanunsuzluq faktları gəlir ki, Bakıda beləsini görməzsiniz.

Məlumata görə, bu dəfə dəhşət doğuran özbaşınalıqları gözlə görmək lazımdır.

Söhbət Naxçıvanın həm “Sədərək”, həm “Culfa” gömrük keçid məntəqələrində gömrükçülərin ağılasığmaz hərəkətlərindən gedir.

Az sonra hörmətli oxucuları Naxçıvanda gömrük məntəqəsindən heyrət doğuran kadrları izləməyə dəvət edəcəyik. Amma ona qədər səbəblərini nəql edək:

Naxçıvanda əhali nə İrandan, nə Türkiyədən evinə bir tikə çörək daşıya bilmir. Bu, illərdir belə olsa da, günbəgün vəziyyət ağırlaşır.

Əldə etdiyimiz xəbərlərə görə, Türkiyəyə işləməyə gedib evinə qayıdanlar “Sədərək” gömrük keçid məntəqəsində peşman olurlar.

Bütün qida məhsulları əllərindən alınaraq zibilliyə atılır. Təkrar edirik, kadrlarda hər şey sizə aydın olacaq.

Məsələnin gerçək mahiyyət budur ki, Naxçıvanda qida sənayesinə inhisarçılıq “Nəqşicahan” holdinqdədir. Necə ki, respublikada “Azərsun” holdinq, muxtar respublikada isə “Nəqşicahan” monopolistdir.
Çünki holdinq muxtar respublikanın rəhbəri Vasif Talıbovun oğlu Seymur Talıbov tərəfindən idarə olunur. Gömrükçülər isə holdinqin inhisarçı siyasətinə biət edərək qonşu ölkələrdən gələn vətəndaşların əllərindəki məhsulları alıb tullayırlar: rəsmən ərəbzəngilik, xırs quldurabasanlıq, hegemonluq, qanunlar isə gömrükçülərin ayaqları altında…

Onlara “gözün üstə qaşın var” deyilə də bilməz. Bir səbəb V.Talıbovun qüdrətidirsə, əsas məsələ həmin gömrük əməkdaşlarının birbaşa fövqəladə hallar naziri Kəmaləddin Heydərovun diktəsi ilə işə qəbul olunmalarıdır.

Onlar gömrüyün qeyri-rəsmi lideri, FHN şefi K.Heydərova müraciətdən sonra “Sədərək” və “Culfa” gömrük məntəqələrində işə götürülüb nə istəyirlər edirlər.

Onlar təkcə elektrotexnika, paltar və s. deyil, eyni zamanda gündəlik tələbat mallarını da məqsədli şəkildə saxlayır, yarasız hala salırlar.

İrandan dolanışıq üçün alınan qənd, yağ, toyuq, yumurta və s. məhsullar insanlardan alınır və Naxçıvana buraxılmasına icazə verilmir.
Görüntülərən də aydın olur ki, gömrükçülər vətəndaşlarla “voleybol” oynayır, çantaları burdan-ora, ordan bura tullayırlar. Bütün bunları dövlətin gömrük məmurları edirlər, “qanuni oğru” dünyasının adamları yox…

Vətəndaşlar gömrük işçilərinin əlindən dad edirlər. Amma onların səsini eşidən qurum yoxdur. K.Heydərova söykənən gömrükçülər bir toyuq belə Naxçıvana keçməsinə qoymurlar.

Bu monopoliya siyasətindən isə həm vətəndaşlar, həm dövlətin büdcəsi ziyan çəkir. Çünki qazanan gömrükçülər olurlar.

AzEuroNews.com

Kəmaləddin Heydərovun gömrükçüləri Naxçıvanda “Tutu, tut” oynayır – dəhşətli video
Kəmaləddin Heydərovun gömrükçüləri Naxçıvanda “Tutu, tut” oynayır – dəhşətli video

Şərhlər

XƏBƏR LENTİ