SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Baktelekom internet vermir: Abşerondan ŞİKAYƏT

Baktelekom internet vermir: Abşerondan ŞİKAYƏT

Tarix:

27-07-2018, 20:12

/ 2 970 dəfə oxundu.
Baktelekom internet vermir: Abşerondan ŞİKAYƏT

Bir neçə gün əvvəl Abşeron rayonu ərazisində "Baktelekom" abonentlərinin internetlə bağlı problemlərinin olduğunu yazmışdıq.

Cebhe.info-ya məsələ ilə əlaqədar adıçəkilən telekom qovşağından isə problemin aradan qaldırılması istiqamətində işlərin aparıldığını bildirmişdilər. İyulun 25-də problem aradan qaldırılsa da, iyulun 27-də gecə saatlarında problem yenidən ortaya çıxıb. Belə ki, dünən axşamdan "Baktelekom"un internetində problemlər yaranmağa başlayıb.

"Problem artıq adət halını alıb" deyən abonentlər aidiyyatı qurumun bunu həll etməyəcəyi təqdirdə başqa provayderlərə keçəcəyini bildirirlər:

"Baktelekom artıq sanki vərdiş edib belə problemlər yaratmağa. Bundan əlavə zəng edib şikayətini də bildirəndə adamla çox kobud danışırlar. İmkan vermirlər sözünü deyəsən, dinləməmiş telefonu bağlayırlar. Axı bu nə qədər belə davam edəcək? Pul veririksə internetimiz də normal olmalıdır".

Digər şikayətçi abonent də eyni problemdən narazılıq edir. O, qeyd edir ki, "Baktelekom"a bununla bağlı dəfələrlə şikayət etsələr də, mütəmadi olaraq internet kəsintisi ilə qarşılaşırlar:

"İnternet kəsintisi çox vaxt gecələr yaşanır. Hər dəfə zəng edirik, eyni sözü deyirlər. Guya xəttlərdə yenilənmə aparılır. Bu xəttlər nə uzunluqdadı ki, uzun zamandır davam edir. Görünür belə getsə provayderi dəyişməli olacam".

Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ