SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Modern” mebel şirkətinin satış meneceri 108 minlik dələduzluqda təqsirləndirilir

“Modern” mebel şirkətinin satış meneceri 108 minlik dələduzluqda təqsirləndirilir

Tarix:

27-07-2018, 14:45

/ 1 987 dəfə oxundu.
“Modern” mebel şirkətinin satış meneceri 108 minlik dələduzluqda təqsirləndirilir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Tural Gülüşovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttiham aktına əsasən, T.Gülüşov “Modern” mebel şirkətinin Babək prospektində yerlən “Green Wood” mağazasında satış müdiri və menecer vəzifəsində çalışan zaman vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Belə ki, o, şirkətin digər əməkdaşı Əfsanə Əhmədova ilə qabaqcadan əlbir olaraq şirkətə məxsus malları satıblar, əldə edilən qazancı mənimsəyiblər.
Şirkətə vurulmuş ümumi ziyan isə 108 min manat məbləğində müəyyənləşdirilib. T.Gülüşov məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.
O qeyd edib ki, dəymiş ziyandan 11 min manatı özü, 10 mini isə Əfsanə Əhmədova ödəyib.
Təqsirləndirilən şəxs söyləyib ki, bu işdə Ə.Əhmədovanın da adı keçdiyi halda məsuliyyətə cəlb edilməyib.
Hakim xatırladıb ki, Ə.Əhmədova hamilə olduğu üçün onun cinayət işi ayrıca icraata verilib və eyni ittihamla təqsirli bilinir
Daha sonra T.Gülüşov mənzilinin üzərinə həbs qoyulduğunu da deyib. Hakim bildirib ki, istintaq dövründə onun əmlakının üzərinə həbs qoyulub. Bu isə dəymiş zərərin ödənilməsi məqsədi ilə edilib.
T.Gülüşov 2015-ci ildən mağazada menecer kimi işlədiyini və etdiyi əməli etiraf edib.
Xatırladaq ki, o, Cinayət Məcəlləsinin 179.3.2-ci (məmimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Şərhlər

XƏBƏR LENTİ