SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » ELMİN AZƏRBAYCAN “BAZARI”… - “Ölkədə «dissertasiya bazarı»nın təməlini kimlər qoyub?

ELMİN AZƏRBAYCAN “BAZARI”… - “Ölkədə «dissertasiya bazarı»nın təməlini kimlər qoyub?

Tarix:

24-07-2018, 12:29

/ 1 917 dəfə oxundu.
ELMİN AZƏRBAYCAN “BAZARI”… - “Ölkədə «dissertasiya bazarı»nın təməlini kimlər qoyub?

Mərhum ufoloq Fuad Qasımov: «Fatma Abdullazadə ilə Arif Mehdiyev Azərbaycan elmini məhv etdilər!»

Azərbaycan Milli Aerokosmik Agentliyinin sektor müdiri, mərhum ufoloq Fuad Qasımovla çoxsaylı görüşlərimiz olub. Hər dəfə də zəlzələnin dəqiq proqnozu üzrə tədqiqatlar aparan və bu mövzuda doktorluq dissertasiyası müdafiə etmiş alim sahə üzrə mövcud rüsvayçı vəziyyətdən ürək ağrısı ilə danışırdı. Həmişə təkrarlayırdı: «Fatma Abdullazadə ilə Arif Mehdiyev Azərbaycan elmini məhv etdilər!».

Bəli, düz tapdınız, F.Qasımov, 1993-2005-ci illərdə Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri, 2005-2017-ci illərdə isə Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışmış Fatma Abdullazadəni və Ali Atestasiya Komisiyasının (AAK) mərhum sədri Arif Mehdiyevi nəzərdə tuturdu…

2000-ci illərin əvvələrində doktorluq dissertasiyası müdafiə etmiş olsa da, Fuad Qasımov həyatdan gedən günə qədər halal zəhmətinin bəhrəsini görə bilmədi – doktorluq diplomunu ala bildmədi. Daha doğrusu mərhum Arif Mehdiyev qərəzli olaraq, kişinin diplomunu vermədi. Bir qələr aşağıda A.Mehdiyevin «qərəzi»nin nədən ibarət olduğu barədə də söhbət açacam…

Son günlər Azərbaycan elmində yaşanan biabırçılıqlar barədə yerli KİV-də dərc olunan yazılar Fuad Qasımovun söhbətlərini yadıma saldı və əməlli-başlı kövrəldim! Qulağıma qəribə səslər gəldi – sanki mərhum ufoloq deyirdi: «Hə, nə durmusan, sənə danışdıqlarımı niyə yazmırsan – səni belə etibarsız bilməzdim… Sən ki, bilirsən, o canilər məni necə çərlədib öldürdülər…».

Gerçək elm adamlarına «divan tutulduğu» bir vaxtda, Arif Mehdiyevin «AAK aparatı» dayanmadan işləyir və xilafi alimlər «çap eləyirdi». İndiki «fəlsəfədən həndəsə doxduru, həndəsədən fəlsəfə doxduru» olanların böyük hesabla, həmin illərin «zəhərli məhsulu»dur (nəzərə alaq ki, Arif Mehdiyev 2016-cı ildə ölüb, Fatma isə hələ sağdır). İnli ağac atırsan, “fəlsəfə-həndəsə, həndəsə-fəlsəfə doxduruna” dəyir – əksəriyyəti də elmdən uzaq, səbatsız baqqal, pisniyyət çərçi…

Arif-Mehdiyev2002-ci illərin əvvəllərində, Ali Attestasiya Komisiyasının Arif Mehdiyev dövrüdə Azərbaycan elmində yaşanan «alışma-bölüşmə» barədə, Fuad Qasımovun disetrtasiyası və diplomunun verilməməsi barədə silsilə yazılar dərc etdimişəm. Üstümə gələnlər, məni «izləyənlər», hətta «əməkdaşlıq» təklifi edənlər olub –
Arif Mehdiyevin «emisar»ları…

Fuad müəllim doktorluq dissertasiyası barədə Elmi Şuranın protokolunun kserosurətini də mənə vermişdi. Orada komisiya üzvlərinin əksəriyəti deyirdi ki, bu izdə 5 elmi kəşf var, amma biz bunu anlaya bilmirik. Belə çıxırdı ki, AAK-nın üzvləri və sədri Fuad Qasımovun kəşflərini anlaya bilmirsə, deməli ona diplom vermək olmaz!

Amma Fuad müəllim «diplom problemi»nin gerçək səbəbini də mənə izah etmişdi. Onun dediklərindən aydın olurdu ki, Arif Mehdiyev diplomun qarşılığında, ondan «dissertasiyanın sirri»ni istəyirmiş.

Hamıya aydın olsun deyə, «dissertasiyanın sirri» barədə bir-iki kəlmə söhbət açmaq ehtiyacı var. Dissertasiyanın məğzi bundan ibarət idi – Fuad Qasımovun riyazi hesablamaları imkan verirdi ki, kosmosun müəyyən koordinatlarında az sayda zəlzələ «xəbərçi»ləri yerləşdirməklə, planetin ixtiyari koordinatları daxilində baş verəcək zəlzələnin dəqiq (bir neçə dəqiqəyə qədər) proqnozunu vermək mümkün olsun. Zəlzələnin dəqiq proqnozunun mümkün olmadığı indiki şəraitdə F.Qasımovun bu kəşfi dünyanı silkələyəcək bir elmi hadisə idi. Bu kəşf Azərbaycan elmini dünyanın başı üzərinə qaldıra bilərdi! Fəqət, Azərbaycan elm məkanını işğal etmiş möhtəkir «şayka» buna imkan vermədi…

Hə, deməli, Fuad Qasımov dəfələrlə söhbət zamanı mənə demişdi: «Arif Mehdiyev məndən həmin riyazı hesablamanı isiəyir!» Məlumat üçün bildirmək isəyirəm ki, Arif Mediyev uzun müddət keçmiş Kosmik Tədqiqatlar İnstitutunun Direktoru (rəhmətlik Tofiq İsmayılovdan sonra), sonra isə Azərbaycan Milli Aerokrsmik Agentliyinin prezidenti olub. AAK-na da oradan təyinat alıb – Fuad Qasımovla birgə işləyib və onun doktorluq dissertasiyasının elmi çəkisindən xəbərdar olub…

2008-ci ilin əvvəllərində (dəqiq tarixini xatırlamıram) mən, «Bakı-Zaman» qəzetində işləyirdim. Bir gün Fuad müəllim redaksiyaya gəldi – ürəyi dolu idi, xeyli sövbət etdik. Hiss edirdim ki, nədənsə çox narahatdır. Səbəbini soruşdum. Bir vərəq əlyazma çıxartdı və dedi: Oxu, verə bilərsənsə, ver…

Onu yola salandan sonra, kağıza baxdım və dəhşətə gəldim. Fuad müəllim beləcə yazmışdı: Məni öldürmək isəyirlər!

O vaxt mən, demək olar, yol üstəydim – Rusiyaya işləməyə gedəsiydim. Ona görə də Fuad müəllimin son arzusunu yerinə yetirə bilmədim – buna görə, indi də xəcalət çəkirəm! Bu etirafımla, indi Fuad müəllimin ruhu qarşısında diz çöküb, üzr istəyirəm!!!

Amma Fuad müəllimin müraciəti məhv olmadı – yol üstündə olduğum üçün, etibar etdiyim və həqiqi jurnalist saydığım, hörmətim olan bir həmkarıma verdim və məsələni qısaca şərh etdim. İndi bilmirəm, o şəxs həmin kağızı saxlayıbmı? – amma Allaha şükür ki, özü sağ-salamatdır.

Az müddət Rusiyada qaldım və geri qayıdan zaman, tanıdığım jurnalistlərdən biri Fuad Qasımovun vəfat etdiyi xəbərini mənə söylədi. Çox məyus oldum – indi də onu xatırlayan zaman ürəyimdən qara qanlar axır…

Sözümün canı budur ki, AAK gerçək alimlərə divan tutuduğu bir vaxtda, “fəlsəfədən həndəsə, həndəsədən fəlsəfə doxduru” olanlar istehsal edilirdi, yəni ki, bu gün barəsində yazılar yazılan «doxdurlar» həmin illərin məhsuludur...

Müşahidələr göstərir ki, təməli mərhum Arif Mehdiyev tərəfindən qoyulmuş «dissertasiya bazarı» bu gün də fəadiyyətdədir və miqyası da hər il əhəmiyyətli dərəcədə genişlənir.

Qeyd edək ki, hələ illər öncə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də bu “bazarı” bağlamağın zəruriliyini bəyan etmişdi. O, ciddi rezonans doğurmuş“İctimai və humanitar elmlər: zaman kontekstində baxış” sərlövhəli məqaləsində bunu açıq və sərt şəkildə tənqid etmişdi. Sitat: “ELM bir BİZNESƏ ÇEVRİLİB və istənilən şəxs – dövlət məmuru, yaxud iş adamı müxtəlif yollarla elmi ad almağa nail olur.Təəssüf ki, bütün bu proseslərdə elm və təhsil müəssisələrinin bir sıra əməkdaşları hazır dissertasiyaları iddiaçılara təklif edirlər. Paradoksal haldır ki, elmin paklığını qorumaq əvəzinə elm xadimlərinin özləri təsadüfi adamların elmi adlar almasına rəvac verir,belə işləri elmi şuralarda yekdilliklə dəstəkləyirlər. Söz yox ki, bu cızma-qaralarAzərbaycanın elmi potensialının artırılmasına heç bir xidmət göstərə bilməz!…

…Müdafiə şuraları səviyyəsiz araşdırmalara, dissertasiyaların müxtəlif yollarla yazılmasına, müdafiəsinə və elmi adların verilməsinə ciddi və tələbkarlıqla yanaşmır, nöqsanlara göz yumur. Müdafiə olunan dissertasiyaların böyük bir qismində sanballı elmi tutum və yeni elmi qənaətlər yoxdur. Belə faktların sayı isə nəinki azalmır, əksinə, artır”.
Belə faktlar təəssüf ki, Ramiz Mehdiyevin məqaləsindən sonra da azalmadı. Administrasiya rəhbərinin Azərbaycan elmində, elmi adların verilməsində yaranmış vəziyyəti çox dəqiq şəkildə ifadə edən sözügedən məqaləsi ölkədə ciddi rezonans doğursa da, elm və təhsil müəssələrində bir müddət geniş müzakirə edilsə də, konkret nəticəyə səbəb olmadı. İclaslarda “elmdə bazarı yığışdırmaq lazımdır” deyib gurultulu bəyanatlar verənlər, qısa müddətdən sonra “ənənəvi” üsulla elmi adları “bazara” çıxardılar.

Bu da müxtəlif səbəblərdən “titul acı” olanların “alim” adı almasına şərait yaradır. “Pulum var, imkanım var, niyə bir elmi adım da olmasın?” deyib baş vururlar Elmlər Akademiyasına və ya Dissertasiya Şurasının fəaliyyət göstərdiyi ali məktəblərdən, elmi mərkəzlərdən birinə. Orada adını dissertant və ya doktorant kimi qeydiyyata salaraq, formal bir mövzu götürürlər. Yüksək vəzifəlilər tapşırıqla ( “halallıq” üçün şirinlik verənləri də olur-red.), qalanları “bazarlıq” nəticəsində razılaşdırılan məbləği verməklə, heç bir elmi əhəmiyyəti olmayan dissertasiya işi yazdırırlar. Nə seminarlara çıxırlar, nə də müzakirələrə. Adlarından bir-iki məqalədə çap etdirib, alimlik dərəcəsini alırlar.

Bütün bu prosesi də qısa müddətdə yekunlaşdırırlar. Həqiqi elm adamları 2-3 ilə mövzusunun adını belə təsdiqlədə bilmədiyi halda, saxta və ya “imkanlı” alimlər 3-4 ilə hətta professor titulunu əldə edə bilirlər. Bunun zərbəsi isə Azərbaycan elminə, həqiqi alimlərə, bütövlükdə Azərbaycan cəmiyyətinə dəyir.

AzPolitika.info

Şərhlər

XƏBƏR LENTİ