SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » FHN və Xəzər Dəniz Gəmiçiliyinin QSC dənizçilərin həyatını niyə riskə atır - ŞİKAYƏT

FHN və Xəzər Dəniz Gəmiçiliyinin QSC dənizçilərin həyatını niyə riskə atır - ŞİKAYƏT

Tarix:

23-07-2018, 14:15

/ 1 889 dəfə oxundu.
FHN və Xəzər Dəniz Gəmiçiliyinin QSC dənizçilərin həyatını niyə riskə atır - ŞİKAYƏT

Elektron poçtumuza Xəzər Dəniz Gəmiçiliyinin QSC -indən şikayət məktubu daxil olub.Şikayətçi yazır:
“VİXR” tipli yanğın söndürmə gəmiləri Xəzər dənizində stasionar neft platformaları buruqlarının yanğın təhlükəsizliyini və Xəzər dənizində üzən gəmilərin xilasetmə işlərini aparmaq üçün Polşa Respublikasından, 1980-ci illərdə Sovet Sosialist Respublikası ittifaqının vaxtında Xəzər dənizi üçün sifariş edilib, gətirilmişdir.
Xarakteristikası: Gəminin uzunluğu 72,3 metr, hündürlüyü 34 metr, Su tutumu 2300 ton, Avtonomluq 45 gün.
Bu tipli gəmilərin okeanda üzmələri ladüddür. “VİXR” gəmiləri Xəzər Dəniz Gəmiçiliyinin QSC-nin nəzdində, Dövlət Neft Şirkətinin obyektlərinin Yanğından mühafizəsini, təhlükəsizliyini təmin edir. VİXR gəmilərinin QSC-nin təmir bazasında yaxşı təmir işləri aparılmır. Xəzər Dəniz Neft Donanma İdarəsi tərəfindən “VİXR-13” QSC-nin 15 il təmir adı altında saxlanılan gəminin öz köhnə ehtiyat hissələrinin götürüb təzə adı ilə başqa VİXR gəmilərinə əsaslı təmir adı ilə istismara yararlı sayaraq dənizə göndəriblər.”VİXR-8” QSC-i artıq neçə müddətdirki, əsaslı təmir olunmaq “Bibiheybət-2” Gəmi təmiri zavodunda dayanıb. Onun əsaslı təmir olunması üçün yeni ehtiyat hissələri xarici ölkələrdən alınıb, qoyulması əvəzinə “VİXR-11” QSC-dən çıxarılıb.
“VİXR-8” QSC-nə, həm də başqa “VİXR”-lər təmir olunub, istismara yararlı olmalarını bildirirlər. “VİXR” gəmiləri zavoddan əsaslı təmir(klass) adı altında, zavoddan çıxarılır, amma dənizdə 1 aydan artıq üzə bilmirlər və yenidən təmir olunmaq üçün müraciət edirlər.
Bundan başqa, Neft Şirkəti “VİXR” gəmilərini FHN-dən gəmilərin çox küləkli hava olmasından asılı olmayaraq, onların “xəbərdarlıq ştorm” oldu-olmadı stasionar platformaların ətrafında dövrə edərək növbə çəkmələrini tələb edirlər.(Standbay) rejimini tətbiq edirlər. “Ştorm Xəbərdarlıq”-küləklə əlaqədar xəbərdarlıq keçirildikdən əvvəl dənizdə olan bütün gəmilər lövbərə durmaq üçün təhlükəsiz yerlərə, lövbərə göndərilir. Ancaq, “VİXR” gəmiləri stasionar platformaların ətrafında dövrə vurmaq üçün saxlanılır. Gəmilərin köhnə olması, texniki vəziyyətini heç kim nəzərə almır, belə qəza şəraiti olarsa, platformalardakı insanların təxliyyə olunması, yanğın olarsa onun söndürülməsi “VİXR” gəmilərinin özünün texniki vəziyyəti bunların xilası təxliyyəsinin aparmasını təmin edə bilmir. Küləkli havada buruğa yan almaq mümkün deyil. Buruqların dirəkləri köhnə və çürümüş halda olması ilə əlaqədar, buruq işçiləri gəminin yan almasına icazə vermirlər. Belə havada “VİXR” gəmilərin dənizin ortasında saxlanılması nə üçündür və kim göstəriş verir?. Kimə xeyirdi?
Əvvəllər belə hallar olmazdı. Gəmilərin təzə vaxtında bizim ixtisaslı gəmi işçilərimiz küləkli qəza-xilasetmə zamanı bunların hamısına nəzarət edirdilər. Bir neçə illər əvvəl stasionar platformalarda, buruqlarda yanğın zamanı “VİXR” gəmiləri xilasetmə işlərində gəmilərin özlərinin texniki istismarının düzgün aparılmamasına görə yanğınlar zamanı fəal iştirak edə bilmədilər. Neft Şirkəti bunları nəzərə alaraq BP-dən DP sistemi olan gəmiləri gündəlik arendaya götürərək yanğınların söndürülməsinə cəlb etdi. Bunlardan başqa “VİXR” gəmilərində ştat üzrə gəmi mütəxəsisləri çatışmır. Gəmilər dənizə gəmi sürücüsü, mexanik, elektrik, motorcu olmadan çıxarılırlar. Neft şirkəti ştatlar üzrə pul köçürmələri edir, FHN isə mütəxəssis işə götürmür. Gəmi mütəxəssislərinin Dəniz Administrasiyasından dıplom, sertifikat almaları çətinləşdirilir, onların alınması üçün pul köçürülmür. 2016-cı ilin sentyabr ayında VİXR-9 QSC-nin şəxsi heyəti “Xəzəryanı” dövlətlərin Beynəlxalq təliminə göndərildi. FHN-nin əməkdaşlarının Dövlət Sərhəd Sularını keçdikdən sonra ezamiyyət pullarını alınmalıdır ya, yox? Lakin ezamiyyət pulları verilmədi.
Necə olur ki, FHN-nin əməkdaşları olan dənizçilərin dənizçi qeyd kitabçası, işçi diplomu və sertifikatı olmadığı halda sərhəddi keçə bilərlər.. Beləliklə beynəlxalq təlimə gedən VİXR-9 gəmisinin heyətinin dənizçi qeyd kitabçası, işçi diplomu və sertifikatı olmadığı halda necə olur ki, liman nəzarətçisi və Dəniz Administrasiyası bu gəminin beynəlxalq sulardan keçməsinə izacə verib? Xəzəryanı dövlətlərin hansısa birində qəza-xilasetmə işlərinə “VİXR” gəmilərinin göndərilməsinə Liman Nəzarəti Dəniz administrasiyası yenədə bu cxür qanunsuzluqlarla icazə verəcəkmi?
VİXR gəmilərinin hər 15 gündən bir növbə dəyişməsi böyük problemə çevrilib. Belə ki, Liman bazadan tutmuş, Qaradağ limanına kimi gəmilərin şəxsi heyətini öz hesablarına avtonəqliyyat vasitəsi kimi avtobuslar tutaraq növbələrin dəyişməsini təmin edirlər. Bununla yanaşı şəxsi heyətlə birlikdə, gəminin heyəti onlara verilən 15 günlük ərzaqla birlikdə, limanlarda gecikmələrlə növbə dəyişirlər. Tez xarab olan ərzaqlar və başqa ərzaqlar gəmiyə yararsız halda gəlib çatır. Şəxsi heyətin növbə dəyişməsi insanların həyatı üçün təhlükəli şəraitdə aparılır. Kiçik həcmli gəmilərdən VİXR gəmisinə minib keçmək çox riskli və təhlükəlidir. Əsasən küləkli havalarda FHN və Xəzər Dəniz Gəmiçiliyi QSC-nin növbələrin dəyişməsinə biganə yanaşır. Elə vaxtlar olur ki, növbələrin dəyişməsi günlərlə gecikdirilir.
Əvvəllər VİXR gəmilərinin növbə dəyişmə günləri liman baza Zığ körpüsündə keçirilirdi, həm də gəminin texniki vəziyyətinin yoxlanılması təhvil-təslimi normal halda keçirilirdi. Yaxşı olardı ki, növbələr Limanda aparılsın. Gəmilərin təmir olunması zamanı və ya tərsanəyə gələn vaxtı Neft Şirkəti obyetklərinin yanğından mühafizə idarəsi FHN-nin Baş Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin əməliyyatçıları gəminin şəxsi heyətinin döyüş açılışı və hazırlığının yoxlaması üçün gəlirlər. Ancaq onlar gəminin texniki sazlığını yoxalaya biılmədikləri halda şəxsi heyətin hansısa hazırlıqlarını yoxlamalarınə qədər düzgündür?
Şəxsi heyət sıra baxışı zamanı idarə tərəfindən verilən arayışla şəxsiyyət vəsiqəsi ilə yoxlanılır. Gəmilərin şəxsi heyətinin bəzilərində nazirlik tərəfindən verilən işçi şəxsi vəsiqəsi yoxdur. Harda görülüb ki, Nazirlik tərəfindən gəmi komandirinə şiddətli töhmət verilsin və sonrada onu dəniz dəstəsinə rəis təyin etsinlər. Dəniz dəstəsinin rəisi Ç. Quliyev töhmt aldığı halda yenidən vəzifəsi böyüdülərək dəniz dəstəsainin rəisi təyin edilib. Əgər öz rəis heyətimiz gəminin şəxsi heyətinə belə yanaşırsa, Xəzər Dəniz Gəmiçiliyi QSC-dən nə tələb edək. VİXR gəmilərinin dənizdə manevr etməsini dispetçerlər gəmilərdən tələb edirlər. Belə bir vaxtda dizel yanacağına, yağına, gəminin mühərrikinin və mexanizmlərinə ziyan gətirməklə nə maddi maraqları var. Onlarla yanaşı dəniz dəstəsinin rəisi yanacağın sərfiyyatının qaldırmağını tələb edir. Bütün bunlar nə qədər düzgündür.
Ə.Ələskərov
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!

Teref.az

Şərhlər

XƏBƏR LENTİ