yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

İcra başçısı Mehdiabadda sakinlərlə görüşdü - FOTOLAR

İcra başçısı Mehdiabadda sakinlərlə görüşdü - FOTOLAR
21-07-2018, 18:48 391 dəfə baxılıb

Abşeron rayon İcra hakimiyyəti başçısı İradə Gülməmmədova Mehdiabad qəsəbəsində səyyar qəbul keçirib.

İcra Hakimiyətindən verilən məlumata görə, görüşdə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakini iştirak ediblər.

İ.Gülməmmədova bildirib ki, səyyar qəbulun keçirilməsində məqsəd qəsəbə ərazisində yaşayan əhalinin problemlərini yerindəcə öyrənmək, onların qaldırdıqları problemlərin operativ həlli ilə əlaqədar müvafiq tapşırıqların verilməsi və onların həllinin təmin olunmasıdır.

Xanım başçı çıxışında Mehdiabad qəsəbə sakinləri ilə əvvəllər də bir neçə dəfə görüşdüyünü, həmin görüşlərdə qaldırılan məsələlərin – qəsəbədə yeni məktəb və bağça binasının tikintisi, məhəllə arası yolların asfaltlaşdırılması, əhalinin su, elektrik enerjisi və təbii qazla fasiləsiz təmin olunması sahəsində mühüm işlər görüldüyünü və bu istiqamətdə işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.

Mehdiabad qəsəbə sakinləri də öz fikir və mülahizələrini bölüşərək onları narahat edən məsələlərlə bağlı təkliflərini veriblər. Təkliflər sırasında sosial problemlər, mübahisəli torpaq məsələsi,fasiləsiz içməli su ilə təmin olunma, yollarının abadlaşdırılması və digər məsələlər də yer alıb.

Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həllini tapıb, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.İcra başçısı Mehdiabadda sakinlərlə görüşdü - FOTOLAR
İcra başçısı Mehdiabadda sakinlərlə görüşdü - FOTOLAR
İcra başçısı Mehdiabadda sakinlərlə görüşdü - FOTOLARİcra başçısı Mehdiabadda sakinlərlə görüşdü - FOTOLAR
İcra başçısı Mehdiabadda sakinlərlə görüşdü - FOTOLAR
İcra başçısı Mehdiabadda sakinlərlə görüşdü - FOTOLAR
İcra başçısı Mehdiabadda sakinlərlə görüşdü - FOTOLAR


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-08-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ