XalqXəbər.Az

Hansı redaksiyalar jurnalistlərə pul verib? – Siyahı

yüklənir...
Hansı redaksiyalar jurnalistlərə pul verib? –  Siyahı
20-07-2018, 16:03
yüklənir...

Məlum olduğu kimi, ildə iki dəfə dövlət çap mediasına maliyyə ayırır

Bu maliyyənin ayrılmasında məqsəd redaksiya əməkdaşlarının maddi vəziyyətinin yaxşılaşdırılması və maddi-texniki bazanın yenilənməsidir.

Redaksiyaların həmin maliyyəni hansı şəkildə istifadə etməsi haqda müfəssəl məlumatlar olmasa da, dövlət tərəfindən bu il də qəzetlərə 40 min manat vəsait ayrılıb.

Bu, prezident İlham Əliyevin 2018-ci il 16 iyul tarixli “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında” Sərəncamına əsasən icra olunur.
AzEuroNews.com-un əldə etdiyi məlumata görə, həmin qəzetlər arasında “Bakı-Xəbər” və “Bizim Yol” əməkdaşlarına birdəfəlik yardım verib.

“Bakı-Xəbər”in baş redaktoru Aydın Quliyev hər işçiyə 700 manatdan, “Bizim Yol”un baş redaktoru Bahəddin Həziyev isə 500 manatdan maliyyə yardımı verib.

Milli Mətbuat Günü ərəfəsində hər iki redaksiya əməkdaşlarına verilən bu məbləğ təxminən aldıqları əmək haqqı qədərdir.

Dövlətdən yardım alan digər qəzetlərin isə redaksiya işçilərinə pul verdiyi haqda məlumat əldə edə bilməmişik.

Gün ərzində əlavə məlumat daxil olarsa, yeniləyəcəyik. Dövlətdən maliyyə alan çap mediasının siyahısı ilə buran tanış ola bilərsiniz (http://kivdf.gov.az/news/421/…/)

AzEuroNews.com

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.